Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“MOSKVA DONDURULMUŞ VƏZİYYƏTİ SEVİR...” - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər

 

         

            “Dağlıq Qarabağ sülh sazişində Putin zirək tərpənərək yeni yanaşma ortaya qoydu”.

Yenixeber.org:The New York Times” qəzetinin dekabrın 1-də dərc etdiyi məqalə belə adlanır.

Həmin sazişlə Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə verilib və tərəflərin təmas xəttində 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Eni 5 kilometr olan Laçın dəhlizi də bu sühməramlıların nəzarətindədir. 

Qəzetin əməkdaşları Anton Troyanovki və Karlotta Qall yazırlar ki, Qafqaz regionunda çoxdanın təxribatçısı olan Rusiya üçün sülhməramlı rolu bir dəyişiklikdir – həm də keçmiş sovet məkanında nüfuzunu qoruyub saxlamağa çalışan ölkədən ötrü yeni sınaq və fürsətdir.

Müəlliflərin fikrincə, vaxtilə Gürcüstanı və Ukraynanı işğal etmiş Rusiya həmin ölkələri özünə düşmən etdi. İndi bu taktika Kremlin gözündə dəbdən düşmüş sayılır. Təhlilçilər düşünürlər ki, Moskva getdikcə yumşaq və sərt gücün daha incə qarışığına əl atır. Məsələn, Belarusda nümayişlərə münasibətdə də Kreml yumşaq davrandı, birbaşa müdaxilə etmədi, ancaq Aleksandr Lukaşenkoya dəstəyini də əsirgəmədi.

“Dağlıq Qarabağ müharibəsində danışıqlarda Putin Rusiyanın hərbi gücüylə təhdid edərək hər iki tərəfdən güzəştlər əldə etdi, eyni zamanda rəqib düşərgələrin, xəsisliklə də olsa, etimadını da qazandı. Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə alyansının mövcudluğuna baxmayaraq, Putin bunun Dağlıq Qarabağa aid olmadığını dedi.Onun Azərbaycan Prezidenti İlham Əliyevlə sıx şəxsi əlaqələri var”, – məqalədə deyilir.

 

 

“Bu, klassik anlamda sülhməramlı rolunu oynamaq fürsətidir. Ümid etmək istərdim ki, Rusiyanın postsovet məkanında öyrənmə prosesini və dəyişiklik müşahidə edirik”, – Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib. Bu qurum Rusiya hökumətinə yaxındır.

Məqalədə 9 noyabr gecəsi Azərbaycanın Rusiya vertolyotunu təsadüfən vurmaqla Moskvaya müdaxiləyə bəhanə verdiyi deyilir. Qəzet Bakıda məsələdən agah bir neçə nəfərə istinadla yazır ki, Rusiya prezidenti Azərbaycana ultimatum verib: Şuşa alınandan sonra Azərbaycan əməliyyatları dayandırmasa, Rusiya ordusu münaqişəyə müdaxilə edəcək. Şuşanın Azərbaycan Ordusu tərəfindən alındığı noyabrın 8-də xalqa açıqlanmışdı.

“Həmin gecə Bakıda açıq əraziyə naməlum raket düşdü, xəsarət alan olmadı. Bəziləri bunun Rusiya tərəfdən siqnal olmasından şübhələndi, yəni o, müdaxiləyə hazır idi və böyük ziyan vurmaq gücündəydi”, – müxbirlər yazırlar.

“Rusiya bu münaqişəni özbaşına buraxmaq istəmir. Onlar dondurulmuş vəziyyəti sevirlər. Onlar müdaxilə edəcəklər”, – keçmiş diplomat, Bakıdan Beynəlxalq Münaqisətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev deyib.

 

 

Karnegi Avropa Fondunun aparıcı əməkdaşı Tomas de Vaal isə düşünür ki, İlham Əliyevlə razılaşmaq çətin olmayıb, çünki o, Rusiyayla münasibətinə dəyər verir. Ermənistanlı təhlilçi Riçard Giraqosyanın fikrincə, indi ölkəsi Rusiyanın orbitinə daha da bərkidildi, manevr imkanları azaldı.

“Dağlıq Qarabağda gələcək təhlükəsizlik Rusiya sülhməramlılarından asılıdır ki, bu da Moskvaya əvvəl olmayan təsir rıçağı verir”, – o deyib.

Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciətində Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətinə verilməsindən damışıb.

"Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir", – o vurğulayıb. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam