Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-NONSES

 

 

Yenixeber.org: Məlum olduğu kimi bu ilin mayın 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. İstintaqı bu gün də davam edən əməliyyat ictimaiyyət tərəfindən də təqdir olunmaqdadır.

Bu hadisəni xatırlamağımız heç də təsadüf deyil. Mədəniyyət Nazirliyinin Respublika Gözdən Əlillər Kitabxanası ilə bağlı yenixeber.org-a ilginc məlumatlar daxil olub. Məlumatların ictimai arena ilə paralel, aidiyyatı dövlət qurumları üçün də maraqlı olacağı gözləniləndir... Söhbət büdcə vəsaitinin xərclənməsindən, daha doğrusu necə xərclənməsindən gedir.

Məlumata görə Mədəniyyət Nazirliyinin Respublika Gözdən Əlillər Kitabxanası maşın və avadanlıqların, təsərrüfat, invertar və dəftərxana mallarının alınması ilə bağlı “EM EXPO” MMC və “BTV” MMC ilə 23.11.2020-ci il və 20.11.2020-cil tarixlərdə toplam 55460 manatlıq beş lot üzrə müqavilə bağlayıb. Amma,... tərəflər arasında müqavilə satınalma sorğusu keçirilmədən bağlanıb. Bu malların alınması barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Respublika Gözdən Əlillər Kitabxanası tələbat və satınalmada bu mənbələrdən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

Dövlət satınalmaları haqqında qanunda da göstərildiyi ki, büdcə təşkilatı olaraq Respublika Gözdən Əlillər Kitabxanası İqtisadiyyat Nazirliyinin tender.gov.az saytında kotirovka sorğusu elan etməli idi... Daha sonra isə bəlli prosedurla qalib şirkətlərlə satınalan tərəf olaraq Respublika Gözdən Əlillər Kitabxanası müqavilə bağlamalı idi.

                                                          ***

Azərbaycanda dövlət satınalamaları ilə bağlı ictimai rəyin yumşaq desək birmənalı olmaması hər kəsə bəllidir... Mütəxəssislərin, millət vəkillərinin və müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Büdcə vəsaitinin xərclənməsi ilə bağlı cənab prezidentin də iradları unudulası deyil...

Biz bu və digər məlumatlarla bağlı Respublika Gözdən Əlillər Kitabxanasının direktoru xanım Şəhla Vəliyeva ilə telefon əlaqəsi yaratdıq. Və xahiş etdik ki, mövzu ilə bağlı sorğumuzu göndərmək üçün bir elektron ünvan versin, ya da telefonla bir neçə suallarımızı cavablandırsın. Təəssüf ki, Şəhla xanım nə elektron ünvan verdi, nə də hansısa suallarımızı cavablandırdı. Əksinə,...Kotirovka sorğusunun kitabxananın daxili işi olduğunu, bizə dəxli olmadığını bildirməklə, bir də əlavə etdi ki, həyat yoldaşı hüquqşünasdır(?)    

Xatırladaq ki, Respublika Gözdən Əlillər kitabxanası 1981-ci ildə o vaxtki “Korlar Cəmiyyəti”nin nəzdində açılıb. 1994-ci ildən Mədəniyyət Nazirliyinin balansına verilib və respublikada gözdən əlillər üçün fəaliyyət göstərən yeganə kitabxanadır. 

Gərəkən araşdırmalardan sonra mövzu ilə bağlı geniş yazı hazırlayacağıq.(yenixeber.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam