Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Atəşkəs razılaşması baxışları Türkiyəyə cəmləyib: -ANKARA MOSKVANIN ÜSTÜNLÜYÜNÜ MƏHDUDLAŞDIRA BİLƏCƏKMİ? - TƏHLİL

 Dmitri Beçev

“Əl-Cəzirə”, 18.11.2020

 

Yenixeber.org: Noyabrın 11-də rus qoşunları Ermənistanı separatçı Dağlıq Qarabağ anklavı ilə birləşdirən “Laçın dəhlizi”ni ələ keçiriblər. Onların yerləşdirilməsi bundan bir gün əvvəl Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi sülh sazişinin həyata keçirilməsində ilk addım idi.

Razılaşmanın şərtlərinə görə, Moskva 2000 nəfərlik sülhməramlı kontingent göndərməyə və Dağlıq Qarabağ ətrafında 16 müşahidə məntəqəsi yaratmağa razılıq alıb.

Sənəd, eyni zamanda, Azərbaycanın Ermənistan və qondarma “Artsax respublikası” ilə altı həftəlik döyüşlərdən sonra, tarixi paytaxtı olan Şuşa daxil olmaqla, 7 rayonu geri almasını təsdiqləyib.

Atəşkəs razılaşması Prezident İlham Əliyev üçün əsas nailiyyət olsa da, Rusiya da əhəmiyyətli qazanclar əldə edib. Dağlıq Qarabağ postsovet məkanında Rusiyanın “çəkmələri” olmayan yeganə “dondurulmuş münaqişə” ocağı idi. Bu, İrəvana və Bakıya manevr üçün daha geniş yer verib. Azərbaycan həm də Cənubi Qafqazda Rusiyanın hərbi iştirakı olmayan yeganə ölkə idi. İndi vəziyyət dəyişib.

Bu gün Dağlıq Qarabağda yeni status-kvo Moskvanın hakimi kimi göründüyü Gürcüstandan ayrılmış Cənubi Osetiya və Abxaziyada və ya Moldovada separatçı Dnestryanı bölgəsini xatırladır.

Müharibə Ermənistan baş naziri Nikol Paşinyanı da cılızlaşdıraraq Putinin ovucuna qoyub. Hələ 2018-ci ilin aprel-may aylarında küçə etirazları ilə hakimiyyətə gətirilən keçmiş jurnalist Kremlin təhdid kimi qəbul etdiyi “rəngli inqilabçı” profilinə çox uyğundur.

Paşinyan, məlum səbəbələrə görə, Ermənistanın Rusiya ilə xüsusi münasibətlərinə heç vaxt meydan oxumasa da, Moskvaya bağlı fərdləri və klanları özünə rəqib görüb. Bu ilin əvvəlində keçmiş prezident, Paşinyanın devirdiyi Serj Sarkisyan bir neçə nazirlə birlikdə korrupsiyaya görə mühakimə olunub. Putinin dostu sayılan keçmiş prezident Robert Köçəryan da 2008-ci ildəki etiraz aksiyalarını zorakılıqla yatırdığına görə məhkəmə qarşısına çıxarılıb.

Nəticədə, Paşinyanın həm müharibədən əvvəl, həm də müharibə dövründə Moskvaya müraciətləri tamamilə rədd edilib. İyul ayında Rusiyanın RT yayım şirkətinin rəhbəri və Kremlin ən böyük təbliğatçılarından biri olan Marqarita Simonyan Ermənistan rəhbərliyini anti-Rusiya fəaliyyətində günahlandırıb və müharibə vəziyyətində Rusiyadan kömək gözləməməyi söyləyib.

İndi ərazi itkiləri ilə bağlı xalqın qəzəbi ilə üzləşən Paşinyanın siyasi gələcəyi tükdən asılıdır. Rusiyapərəst rəhbərliyin iqtidara gələcəyi təqdirdə, onun yaxasından yapışacaqlar. Kreml tərəfdarı media indi Rusiyanın, Paşinyanın uğursuzluqlarına tamamilə zidd olaraq, erməni tarixi məkanları və insanları qorumaqdakı rolundan bəhs edir.

Ancaq hamının ağlında olan ən böyük sual Türkiyəyə aiddir. Dağlıq Qarabağda onun balansı nədir? Axı tərəzinin bir gözünü aşağı salmaq, azərbaycanlılara güclü hərbi dəstək vermək Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı idi.

Ankara suriyalı döyüşçülərin Dağlıq Qarabağdakı cəbhədə iştirakını və ya Azərbaycan qüvvələri içərisindəki türk zabitləri barədə məlumatları təkzib etsə də, Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz təyyarələri ermənilərə böyük ziyan vurub, xüsusən də Rusiya istehsalı olan tankları məhv edib və böyük miqdarda canlı itki verdirib.

Məhdud hərbi müdaxilə bəzi siyasi faydalar qazandırıb. Türkiyə Cənubi Qafqazdakı ən yaxşı oyunçu rolunu təsdiqləyib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adından Qarabağ münaqişəsini idarə edən qondarma Minsk qrupunun üzvləri – ABŞ və Fransa – Qərb təsirsiz qalıb.

Bundan əlavə, Ermənistan ərazisindən keçməklə Moskvanın razılaşdırdığı Azərbaycandan Naxçıvan anklavına gedən dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa ərazi körpüsü yaradır. İki ölkə arasındakı siyasi və ticari əlaqələr inkişafa meyllənir və bu, Türkiyə ictimaiyyətinin çox hissəsi tərəfindən alqışla qarşılanıb.

Buna baxmayaraq, qazanclar qismidir. Türkiyə Cənubi Qafqazda nüfuz qazanmağa həvəs göstərirdi. O, Moskva, Bakı və İrəvanla birlikdə Dağlıq Qarabağa dair həll yolu müzakirəsində masa arxasında oturmağı, Suriyanın İdlib bölgəsindəki kimi, Rusiya-Türkiyə ortaq patrulları nümunəsini nəzərdə tuturdu. Ancaq bu, baş vermədi.

Türkiyə, Rusiya müşahidəçilər göndərmək kimi bəzi simvolik rol ala bilər, ancaq bu da Moskvanın izni ilə olacaq. Azərbaycanın Rusiya ordusunu qəbul etməsi Ankara üçün geriləmədir. Əslində, Ankara Rusiyanın ovlağına müdaxilə edib və xal qazanıb. Rusiya 2015-ci ildə Suriyaya müdaxilə edərək etdiyi kimi, “yaxın xaricə” girib. Lakin hələlik ən azı Moskva üstünlüyü ələ alıb.

Dağlıq Qarabağ nümunəsi Rusiya-Türkiyə dinamikasını daha geniş şəkildə vurğulayır. İki dövlət müxtəlif teatrlarda tərəfdaş və rəqibdir: Suriyada, Liviyada, Cənubi Qafqazda və Qara dənizdə, həmçinin, Qərbi Balkanlarda. Ortaq dərslər alıblar, fərqlərini necə idarə edəcəklərini və ümumi maraqlara necə diqqət yetirəcəklərini bilirlər. Qərbə qarşı birləşmək qarşılıqlı münaqişələrə çəkindirməyə kömək edir. Ancaq bu, Putin və Ərdoğan üçün kompleks bir tarazlıq hərəkətidir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam