Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Vaşinqton görüşünün yarımçıq nəticələri və BMT-də Qarabağ müharibəsinin uğursuz müzakirəsi

Yenixeber.org: Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Dağlıq Qarabağ ətrafında qızğın döyüşlər davam edir, Amerika Birləşmiş Ştatları isə son 25 ildə bölgədə ən qanlı savaşı dayandırmaq üçün yeni səy göstərir. Rusiyanın vasitəçiliyi ilə əvvəllər qəbul olunmuş iki atəşkəs qərarının yerinə yetirilməməsi də ABŞ-ın bir aya yaxındır davam edən müharibəyə son qoymaq ümidini azaltmayıb.

Hər halda dünənə qədər belə idi və dünən, oktyabrın 23-də, ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə Vaşinqtonda ayrı-ayrılıqda görüş keçirib. Hər görüş 30-40 dəqiqə çəkib. Qərb mətbuatının yazdığına görə, həm azərbaycanlı, həm də erməni nazir üzbəüz söhbətdən imtina ediblər.

Danışıqların detalları bəlli deyil, amma ABŞ Prezidenti Donald Tramp məsələdə “yaxşı irəliləyiş” əldə olunduğunu bəyan edib. Bununla belə, o da incəliklərə varmaqdan, hətta özünün iki ölkə lideri ilə danışıb-danışmadığı barədə məlumat verməkdən imtina edib. “Biz Ermənistanla işləyirik. Bizim Ermənistanla yaxşı əlaqələrimiz var… Baxaq, görək sonrası necə olur”, – deyə ABŞ prezidenti Oval kabinetdə jurnalistlərə söyləyib.

Amma Amerikanın bəzi kütləvi informasiya vasitələri bu ifadənin arxasında real məzmun dayandığına şübhə ifadə ediblər. Onların fikrincə, Trampın sözləri yaxın günlərdə keçiriləcək prezident seçkilərində erməni seçicilərinin səslərinə hesablanıb.

Xarici İşlər nazirlərinin Pompeo ilə görüşü zamanı Dövlət Departamentinin binası qarşısında iki dəstə toplaşıb. Bir tərəfdə ermənilər, digər tərəfdə azərbaycanlılar bayraq yelləyib, transparantlar qaldırıb, şüarlar söyləyiblər.

Reuters-in məlumatına görə, Pompeo ilə görüşdən sonra Atlantik Şurası analitik mərkəzinin (Atlantic Council think tank) virtual tədbirində iştirak edən Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib ki, görüş çox “məhsuldar” olub: “Biz təhlil edirik ki, atəşkəs rejiminə yubanmadan, vaxt itirmədən hansı yolla nail ola və məsələnin dinc həlli üsuluna qayıda bilərik. Düşünürəm ki, Birləşmiş Ştatlardan eşitdiklərimiz çox ümidverici idi”.

Mnatsakanyan əlavə edib ki, vasitəçilik missiyası daşıyan Minsk Qrupunun həmsədrləri arasındakı hazırkı diskussiyada diqqət atəşkəsin parametrlərini və onun təmin edilməsi üsullarını müəyyənləşdirmək üzərində cəmlənib.

Azərbaycanın xarici işlər nazirliyinin görüş barədə ilk açıqlamaları daha sakit tərzdədir və hələlik ən ümumi məlumatlardan ibarətdir.

Reuters onu da bildirir ki, Vaşinqton görüşü ərəfəsində Pompeo “irəliyə doğru düzgün yolu” tapacağına ümid etdiyini söyləmişdi. Amma ardınca Ermənistan baş naziri Nikol Paşinyan demişdi ki, hazırkı mərhələdə münaqişənin diplomatik həllini görmür. Azərbaycan Prezidenti İlham Əliyev də münaqişənin dinc yolla həllini “çox uzaq” perspektiv kimi qiymətləndirmişdi.

Eyni zamanda Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının 15 üzvü münaqişə üzrə birgə bəyanat qəbul etmək üçün iclas keçirib. Lakin diplomatların verdiyi məlumata görə, ümumi razılıq əldə olunmayıb, müzakirə dalana dirənib. Təhlükəsizlik Şurasının bəzi üzvləri bəyanatda BMT-nin Qarabağ münaqişəsi barədə əvvəlki qətnamələrinə istinad edilməsini istəyiblər, Fransa, Rusiya və ABŞ  isə buna qarşı çıxıblar. Nəticədə konsensus alınmayıb və sənəd qəbul edilməyib.

BMT-də Rusiya səfirinin müavini Dmitri Polyanski təsdiqləyib ki, Şura daha sənədin mətni üzərində iş aparmır.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam