Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

PAŞİNYAN VARSA, SÜLH OLMAYACAQ! -Erməni cəmiyyəti də onun ağılda olduğundan, düşmən başına döyə-döyə ağıllandırılmalıdı!

 

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeyini növbəti dəfə aydın və konkret şəkildə izah etdi. Bununla yanaşı, münaqişənin bu qədər uzanması və onun hazırda pik nöqtəyə çatmasının dəqiq səbəbləri göstərildi.

Yenixeber.org: Ölkə başçısının həmin müsahibədə səsləndirdiyi tezislərdəki əsas istiqamətlərdən biri də Ermənistanın indiki hökumətinin tutduğu qeyri-konstruktiv, təhrikedici mövqenin Azərbaycana öz hərbi qüdrətindən istifadə etməkdən başqa çıxış yolu qoymamasına dair oldu: “Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər...”

Prezidentin bu fikrilə bir növ Qarabağda hazırda yaranan durum və onun səbəblərinin bütün konturları cızılmış oldu. Bu, o deməkdir ki, Paşinyan hökuməti sülh danışıqlarının dayandırılması və məsələnin hərbi müstəviyə keçməsi üçün əlindən gələni etdi. Və görünən odur ki, bu zaman həmin yolun Ermənistan və Qarabağdakı qondarma rejim, eləcə də onun öz hakimiyyəti üçün hansı nəticələr yaradacağını qabaqcadan görmək qabiliyyətinə malik olmayıb. Paşinyanın hazırki aqoniyası, çırpıntıları, dünyanın bütün beynəlxalq təşkilatlarından tutmuş ayrı-ayrı dövlət başçılarına qədər Azərbaycanı durdurmaq üçün hər kəsə yalvarması da bunu sübut edir.

Lakin Paşinyanın bütün səyləri və çırpıntıları nəticəsiz qalır. Onun əsas istəyi isə beynəlxalq güclərin müdaxiləsi vasitəsilə status-kvonu saxlamaq, Azərbaycan ordusunu durdurmaq və darmadağın edilən Ermənistan ordusunu, ölkədaxili resursları, xaricdəki diasporalarının imkanlarını toparlamaq və işğaldan azad edilmiş ərazilərimizin yenidən geri qaytarılmasına çalışmaqdır. Yəni işğal edilmiş ərazilərin Azərbaycan Prezidentinin təklif etdiyi kimi, qrafik üzrə boşaldılması və bundan sonra Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hansısa statusunun müzakirə edilməsini Ermənistan hökuməti qəbul etmir. Və bunu açıq şəkildə bəyan edir. Bəs bu, nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycan BMT-nin məlum qətnamələrini yalnız öz hərbi gücü, ordusu ilə yerinə yetirməlidir ki, bunu da edir...

Ona görə də, ölkə başçısı qeyd etdiyimiz müsahibəsində Azərbaycanın, Ermənistan rəhbərliyinin başqa seçim imkanı saxlamadığından, yeganə doğru yolla getdiyini vurğulayır: “Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik.”

Göründüyü kimi, Azərbaycan Prezidenti yenə də Ermənistan rəhbərliyini məntiqli davranmağa çağırır. Lakin hər kəsə bəllidir ki, artıq əli çoxdan qana batmış və iflasa uğramış Paşinyan hökuməti özü öz taleyini hələ Cıdır düzündə sərxoş olub yallı gedəndə, “Qarabağ Ermənistandır” kimi qeyri-ciddi və sərsəm bəyanatlar verəndə, qondarma rejimi danışıqlar masasına dürtməyə çalışanda, sonradan isə Gəncəni bombalayaraq, dinc əhalini qətlə yetirəndə həll edib. İndi isə Paşinyanın və onun başıpozuq dəstəsinin geriyə yolu qalmayıb. Elə ona görə də açıq şəkildə sülh danışıqlarından imtina edir. Çünki onun hazırda masa arxasında oturacaq heç bir gücü, arqumenti, bazarlıq vasitəsi yoxdur – “bir həsirdir, bir məmmədnəsir”. Odur ki, öz siyasi sonunun gəldiyini anlayan bu zatın düşdüyü uçuruma erməniləri də atmaqdan başqa yolu yoxdur.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın hazırkı hökuməti hakimiyyətdə qaldıqca, dayanıqlı sülhün əldə edilməsi mümkünsüz görünür. Və Ermənistan üçün bu bəlanın bir tərəfi də ondan ibarətdir ki, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi hələ də elə Paşinyan ağılda və düşüncədədir. Ona görə də Azərbaycanın Şanlı Ordusunun mənfur düşmənin başına döyə-döyə onu ağıllandırmaqdan başqa yolu qalmır.

Elə Azərbaycan Prezidenti də işğalçı ölkəyə və onun rəhbərlərinə məhz bunu anlatmağa çalışıb, əlbəttə ki, əgər anlamaq qabiliyyətləri varsa: “Beləliklə, döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.”(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam