Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Paşinyan təslim olmağa hazırlaşır - ŞƏRH

 

Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev daha bir şəhərimizin işğaldan azad olunduğunu elan etdi. Ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində Cəbrayıldan sonra Füzuli şəhəri və daha bir neçə kənd erməni işğalçılarından təmizləndi. Ölkə başçısının müjdəli xəbəri Azərbaycan xalqına bayram sevinci bəxş etdi. Hamılıqla bir daha əmin olduq ki, Ali Baş Komandanımız Şuşa, Kəlbəcər, Xankəndi azad olunmayana qədər tutduğu haqlı yoldan bir addım belə geri çəkilməyəcək.
Yenixeber.org: Bizim üçün tarixi əhəmiyyət daşıyan Füzuli şəhərinin azad olunması göstərdi ki, Ermənistan ordusu qəhrəman hərbçilərimizin qarşısında duruş gətirə bilmir, döyüşdən qaçır və məğlubiyyətlə barışmaq məcburiyyətində qalır.

Qısa zamanda Füzuli kimi strateji yaşayış məntəqəsinin azad edilməsi rəşadətli ordumuzun gücünü aşkar şəkildə nümayiş etdirmiş oldu. Döyüş meydanında ciddi məğlubiyyətə uğrayaraq Füzulini və rayonun bir sıra kəndlərini qoyub qaçan işğalçı ordunun müqavimət qabiliyyəti tamamilə tükənib.

Sosial şəbəkələrin erməni seqmentində gedən müzakirələrdə itkilərin çoxluğu və qısa zamanda torpaqların əldən verilməsini düşmən ordusunun iflic vəziyyətinə düşməsi ilə əlaqələndirirlər.

Bu gün Nikol Paşinyan kimi yarımçıq siyasətçi nəinki ordunu, heç ölkəni də idarə edə bilmir. Pafoslu çıxışlarla hakimiyyətə yiyələnən saqqallı baş nazir son akkordlarını vurur. Onun boş vədləri, mənasız xitabları sadə erməniləri maraqlandırmır. Hazırda erməni xalqını düşündürən məsələ döyüşlərin nə zaman yekunlaşacağıdır.

Prosesləri izlədikcə və bəzi hərbi məsələləri analiz etdikcə görürsən ki, Ermənistan ordusu nəinki uduzduqları Cəbrayıl və Füzuliyə yaxın ərazilərdə, bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir...

Müharibəni yalnız iqtisadi gücü olan deyil, onu bacaran və haqlı olan tərəf udur. Bu bir aksiomadır! Bu gün cəbhədə ardıcıl məğlubiyyətləri qapaz kimi yeyən Paşinyan iqtidarı inqilabla qazandığı hakimiyyəti hərbi tribunalla təhvil vermək üzrədir. Hətta onu beynəlxalq aləm deyil, elə öz xalqı məhşər ayağına çəkməyə yaxındır. Çünki erməni cəmiyyəti boğaza yığılıb... Biabırçı məğlubiyyət, işsizlik, aclıq və nəhayət, koronavirusla mübarizə aparılmaması erməni xalqını sürətlə uçuruma yuvarlayır. Paşinyan isə xalqı xilas etmək əvəzinə, onu fəlakətə itələyir.

Bundan başqa, ordunun şəxsi heyətində ilk günlərdəki kimi gizlədilə bilməyən itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar. Müharibənin gətirdiyi çətinliklərdən, faciələrdən başını itirən 19 yaşlı uşaqların valideynləri, Ermənistandakı hərbi çağırış məntəqələrinin qarşısını kəsir, onların fəaliyyətini iflic vəziyyətinə salırlar.

Kütlə reallığı görür və anlayır ki, müharibədə övladlarının qarşısında 90-cı illərin pərakəndə ordusu deyil, nizamlı, əzəmətli Azərbaycan Ordusu dayanıb. Bu mənada əsgərlər arasında kütləvi fərariliyin baş alması başa düşüləndir. İrəvanda orduda xidmətdən boyun qaçıranların məsuliyyətə cəlb etmək praktikası da heç bir nəticə vermir. Fərarilik halları artır, gənclər sonu ölüm olan döyüşə girmək istəmirlər.

İqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhran da getdikcə dərinləşir. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Paşinyan həm daxili siyasi və sosial, həm də xarici təzyiqlərə eyni anda tab gətirə biləcəkmi? Bunu yaxın günlərdəki proseslər göstərəcək...

Son günlər regionu az qala Suriyaya çevirən erməni baş nazir indi acizliyini bizə göstərməkdən çəkinmir. Bu gün İrəvandakı və erməni ordusundakı mövcud vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Artıq Nikol müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır.

Nə qədər qəribə səslənsə də, “Qarabağ Ermənistandır” deyib siyasi əda göstərən erməni baş nazirin təslim olmağa razılaşdığı bildirilir. Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etdiyi, işğal altında olan əraziləri tərk etməyə hazır olduğu barədə mesajlar ötürür.

Rəsmi Bakının verdiyi şansları dəyərləndirmək yerinə humanitar atəşkəsin ilk günündəcə Gəncəni hədəf alan işğalçı ölkə rəhbərliyi ağır məğlubiyyətlərdən qorxaraq bu addımı atır. Siyasi və iqtisadçı ekspertlər öz hesablamaları və proqnozları ilə təsdiqləyirlər ki, Qafqazın ən kasıb ölkəsinin heç bir ay müharibə aparmağa potensialı çatmazdı... Görünür, bu səbəbdən quyruğu qapı arasında qalan Nikol indi rəsmi Bakıya mesajlar ötürməyə başlayıb. Zatən onun yeganə çıxış yolu təslim olmaq idi. Yerli mətbuatları belə dəfələrlə yazırdı ki, orduya könüllü adı altında qocaları, əli silah tuta bilməyən qadınları, hətta tələbə qızları aparırlar. Amma bu gün Azərbaycan Ordusu bir gündə endirdiyi ardıcıl zərbələrlə düşməni elə darmadağın etdi ki, bundan sonra İrəvandakı bütün çolaq, təkgöz ermənilər belə gəlsə, müqəddəs missiyanı yerinə yetirən hərbçilərimizin qarşısını ala bilməyəcəklər.

Ermənistan siyasi, iqtisadi, sosial və hərbi böhran içində boğulur. Belə bir vəziyyətdə Paşinyan hakimiyyəti çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görür. Hələlik Azərbaycan ordusu iş başındadır və inamla irəliləyən hərbçilərimiz öz sözünü deməkdə davam edirlər. Razılaşmalar axtarışında olan Nikolun taleyinə yəqin ki, yaxın günlərdə aydınlıq gətiriləcək...

Tural Tağıyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam