Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Vaxtilə 225 müstəmləsi olan dövlətin "ədaləti" –Fransa Napoleonun vaxtında nəydisə, Makronun da dövründə odur

 


 Dünyanın ən aqressiv, ən mürtəce xarici siyasətə malik, ən cığal dövlətlərindən biri məhz Fransadır.

Yenixeber.org: Bunu əvvəllər də yazmışıq, indi isə Fransa prezidenti Emmanuel Makronun qəsbkar və işğalçı Ermənistana havadarlıq etməsi, “Azərbaycanın Qarabağı geri qaytarmasını qəbul etməyəcəyik” deyə başından böyük bəyanat verməsi bu məsələni tam aktuallaşdırıb.

Qəsbkarlıq, işğalçılıq, müstəmləkəçilik sahəsində heç bir dövlət Fransanın tarixi rekordunu qıra bilməz. Dünyada ən çox istila müharibəsi, yürüşü aparmış, ən çox müstəmləkəyə malik olan ölkəsi Fransadır.

Təsəvvür edin ki, bu dövlət müasir ABŞ-ın ayrı-ayrı ştatlarını, Kanadanın ən böyük vilayətlərini uzun illər öz müstəmləkəsi edib.

Elə bir qitə, materik, arxipelaq yoxdur ki, Fransa son əsrlərdə orda hökmranlıq etməsin, ölkələri amansız istismara, xalqları qırğına, zülmə məruz qoymasın.

Hind okeanı və Antarktida hövzəsində Fransanın burun soxmadığı bir ada belə qalmayıb. Cənub Şərqi Asiya və Okeaniyadakı arxipelaqlar və muxtar adaların hamısı Fransanın əsarətində olub.

1.jpg (103 KB)

                                      Əlcəzairdə baş kəsib, qan tökən fransız əsgərlər

Afrikada, lap başdakı Tunis, Əlcəzair və Mərakeşdən tutmuş ta lap aşağıdakı Madaqaskara, mərkəzdəki Konqoya, Seneqala qədər onlarla Afrika ölkəsi fransız zülmü altında yaşayıblar.

Yaxın Şərqdə Misir, Suriya, Livan və müasir dövlətlərin ayrı-ayrı əyalətləri Fransa əsarətinin, zülmünün acısını dadıb.
Atlantik okeanındakı adalar, Dominikandan Qvadelupaya, Qrenadaya qədər hamısı Fransa tərəfindən sümürülüb, istismara məruz qalıb.

Bir sözlə, hazırda dünyada 200-dən bir az artıq müstəqil dövlət var, Fransanın işğal edib müstəmləkəyə çevirdiyi ölkə və diyarların sayı 225-dən artıqdır. Bu ona görə belədir ki, Fransanın müstəmləsi olan vilayətlər, ştatlar sonradan vahid dövlətdə birləşiblər, Fransa isə onları parçalayaraq, ayrı-ayrı müstəmləkə subyektinə çevirərək sümürüb.

Baku_az_vs.jpg (106 KB)

                                        Fransız işğalçıların Kahramanmaraşdan qovulması

Bu gün Fransa Türkiyəyə qarşı niyə qəzəblidir? Ona görə ki, məhz Türkiyə 100 il qabaq bu aqressiv, acgöz, tamahkar dövlətin müstəmləkə siyasətinə ciddi zərbə vurub, onu Antepdə, Maraşda, Urfada məğlub edərək, biabırçılıqla qaçmağa vadar edib.

Elə erməni-fransız dostluğunun mayasında da anti-türk nifrəti durur. 100 il əvvəl ermənilər və farnsızlar müttəfiqlik büsatı quraraq Türkiyənin cənub-şərq vilayətlərini işğal edib dövlət qurmağa çalışarkən qəhrəman türk əsgərinin qapazını birlikdə yeyiblər.

O gündən bu günə Fransa bu tarixi məğlubiyyəti unutmur, kin-küdurət saxlayır və hər fürsətdə Türkiyəyə qarşı düşmənçilik siyasəti yeridir.

Erməni terrorunun Fransada yaranıb böyüdüyü unudulmasın gərək. Ermənilər məhz Fransada türk diplomatlara qarşı silsilə terror aktları törədə bilmişdilər.

4.jpg (18 KB)

Türkiyənin Avropa Birliyinə daxil olmasının qarşısını alan iki ölkədən biri məhz Fransaydı. İndiyə qədər “erməni genosidi”nin ard-arda bir neçə dəfə tanıyan, bununla ürəyi soyumayıb, “genosidi inkar edənlər”ə qarşı cinayət işinin açılması barədə parlament qanunu qəbul edən yeganə ölkə də Fransadır.

İndi həmin Fransa bizi də Türkiyə ilə eyni cərgəyə qoyub. Burada yanılma yoxdur. Azərbaycan gerçəkdən də Türkiyə ilə bir səfdədir.

Hər kəsin səfi bəllidir. Ermənilər fransızlarla müttəfiqdir, biz Anadolu türkləri ilə.

Fəqət beynəlxalq konvensiyalar, hüquqi normativ aktlar hansısa dövlətin bir-birini qardaşlığa görə dəstəkləməsini yasaqlayır. Bütün beynəlxalq müqavilə və sazişlərdə göstərilir ki, bir dövlət başqasının ərazisini zorla işğal və ilhaq edə bilməz, bir əyalətin birtərəfli qaydada başqa dövlətdən ayrılmaq üçün seprataçılıq etməsi, qanunsuz dövlət qurması yolverilməzdir.
Ancaq İspaniyada dinc, qansız-qadasız şəkildə bu dövlətdən ayrıldığını elan edən Kataloniyaya qarşı çıxan Fransa Azərbaycandan müharibə yolu ilə ayrılmaq istəyən, üstəlik, onun öz ərazisindən daha artıq ərazisini işğal edən erməniləri dəstəkləyir, hətta haqq-ədalətin bərpa olunmasına, BMT-nin qətnamələrindən irəli gələn status-kvonun bərqərarına qarşı çıxır.

photo_2020-10-01_11-26-27.jpg (162 KB)

Yəni bu 210 il əvvəlki işğalçı Napoleon Fransası nəydisə, demokrat Makron Fransası da odur.

Ancaq dünya çox dəyişib. İndiki Fransa od olsa, öz əl-ayağını yandırar. Axırıncı dəfə Əlcəzairdən biabırçılıqla qovulan Fransanın şəltəsi 210-215 il əvvəlki kimi işləsəydi, müstəmləkə altında saxladığı 225 ölkə və əyalətdən rüsvayçılıqla qovulmaz, “dünya ağalığı” siyasətini davam etdirərdi.

Dünyanın ən sevilməz ölkələrində biri olan Fransanın bu gün Ermənistanın yanında yer alması çox şeydən xəbər verir və dünya birliyində öz layiqli qiymətini alır.

Ən pisi odur ki, Ermənistanın yanında yer alan başqa dövlətlər də “dünyanın ən sevilməz dövlətləri” adını “şərəflə” daşıyırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam