Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ölkəmizin yeni qonşusu Yeniqomşyan –Paşinyanın hakimiyyətə gəlməsinə kömək edən terrorçunun keçmişi

 


Beynəlxalq terrorizmin əsas sütunlarından biri olan erməni terrorizminin xəritəsi, “fəaliyyət dairəsi” o qədər genişdir ki, hətta bu xəritədə dünyanın ən böyük və inkişaf etmiş ölkələrinin adlarına da rast gəlmək mümkündür.

Yenixeber.org: Sərhəd tanımayan erməni terror təşkilatlarının ayrı-ayrı ölkələrdə törətdikləri qanlı hadisələrdən dünya ictimaiyyəti də xəbərdardır. Millətlər dünya miqyasında öz tanınmış alimləri, siyasət adamları, incəsənət xadimləri, idmançıları ilə fəxr etdiyi halda, ermənilərin də “qürur yeri” terrorçularıdır. Bu, dəfələrlə sübuta yetirilmiş və danılmaz bir faktdır.

“Armenikan”, Daşnakstyun”, ASALA, “Hncaq”, “Geqaron”, “Ermənistan azadlıq hərəkatı”, “Qril qrupu”, “Erməni soyqırım ədalət komandosları”, “Apostol” kimi onlarla erməni terror təşkilatları dünyanın ən qanlı terrorçularını yetişdirib. Onlardan biri də ASALA-nın üzvü Alek Yeniqomşyandır. Qeyd edək ki, erməni terror təşkilatı ASALA (Ermənistanın Azadlığı uğrunda gizli erməni ordusu) 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separatçı Fələstin dəstələrinin yardımı ilə yaradılıb.

Alek_1.jpg (125 KB)

Qurucuları Akop Akopyan və Akop Tarakçiyan olan ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaq olub. Təşkilat yeni fəaliyyətə başlayanda “Nyu-York Tayms” qəzetinə müsahibə verən Akop Akopyan ASALA-nın hədəfini belə açıqlayıb: “Bizim düşmənimiz türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir...”

Alek Yeniqomşyan məhz belə bir faşist ideologiyalı təşkilatın ən fəal üzvlərindən biridir.

İxtisasca iqtisadçı olan Alek Yeniqomşyan 1977-ci ildə Beyrut Universitetini bitirib. 1980-ci ilin fevral ayında ASALA-nın üzvü olub və bütün fəaliyyətini bu terror təşkilatı ilə bağlayıb.

images.jpg (73 KB)

Həmin ilin oktyabr ayında Alek Yeniqomşyan ASALA rəhbərliyindən növbəti ciddi tapşırığını alıb: İsveçrədəki Türkiyə səfirliyinin binasında partlayış törətmək tapşırığını.

Xatırladaq ki, ASALA buna qədər İsveçrədə bir necə dəfə terror aktı hətyata keçirib. Erməni terrorçuları 6 iyun 1977-ci ildə Sürix şəhərində milliyətcə türk olan Hüseyn Bülbülə məxsus mağazanı partladıblar. 1978-ci ilin dekabrında Cenevrə şəhərində ASALA üzvləri tərəfindən Türkiyə Hava Yollarına məxsus şirkətin ofisində partlayış törədilib. 1979-cu ilin avqus ayında həmin şəhərdə erməni terrorçuları Türkiyə konsulu Niyazi Adalinin xidməti avtomobilini partladıblar. 1980-ci ilin fevral ayında ASALA Türkiyə səfiri Doğan Türkmənə qarşı sui-qəsdə cəhd edib, ancaq cəhd uğursuz alınıb.

Beləliklə, İsveçrədə növbəti tapşırığın icrası üçün Alek Yeniqomşyan və ASALA-nın digər qadın terrorçusu Suzi Maxseredjyan 1980-ci ilin oktyabrın 1-də Cenevrə şəhərinə yollanıblar.

Alek_3.jpg (69 KB)

Oktybrın 3-də şəhər mehmanxanalarının birində onlar 3 partlayıcı qurğunu tənzimləyərkən onlardan biri partlayıb. Güclü partlayış nəticəsində Alek Yeniqomşyan görmə qabiliyyətini minimum həddə qədər itirib və sol əlindən məhrum olub. Partlayışdan dərhal sonra Cenevrə polisi hadisə yerinə gəlib. Terrorçuların hər ikisi həbs ediliblər.

Baş tutmayan terror ASALA-nın qəzəbəniə səbəb olub. Erməni terrorçularının həbsinə cavab olaraq ASALA “3 oktyabr təşkilatı” adı altında yeni terrorçu qrup yaradıb və bu qrup İsveçrədə növbəti terror aktları törədib. Bu teraktlar nəticəsində günahsız qətlə yetirələnlərin siyahısını dəqiqləşdirmək hələ də mümkün deyil.

Alek Yeniqomşyan İsveçrə qanunları ilə ittiham olunaraq cəzasını bu ölkədə çəkib. Erməni havadarlarının səyi nəticəsində onun səhhətindəki ciddi problemlər nəzərə alınaraq vaxtından əvvəl azadlığa buraxılıb.

загружено.jpg (83 KB)

Alek Yeniqomşyan bir müddət Beyrutda yaşadıqdan sonra 1996-cı ildə daimi yaşayış üçün Ermənistana köçüb. Ancaq buna qədər də onun dəfələrlə Ermənistana və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə mütəmadi səfərləri olub. Məqsəd isə növbəti terror hədəflərini seçməkdən ibarət olub.

Əlil olmasına baxmayaraq, Alek Yeniqomşyan ictimai fəaliyyəti ilə yanaşı, işğalçı Ermənistan dövlətinin tapşırığı ilə məxfi terror aktlarının keçirilməsində “nəzəriyyəçi terror mütəxəssisi” kimi bu gün də fəaliyyətini davam etdirir.

Alek Yeniqomşyan həm də “Monte Melkonyan” təşkilatının icraçı direktorudur. O, bu “xeyriyyə” təşkilatının adı altında müntəzəm olaraq anti-Azərbaycan və antitürk tədbirlərinin müəllifi kimi də tanınır.

Alek_10.jpg (66 KB)

Qeyd edək ki, Alek Yeniqomşyan Serj Sarkisyanın devrilməsində və Nikol Paşinyanın hakimiyyətə gəlməsində Ermənistanda baş verən siyasi proseslərin ən fəal üzvlərindən biri olub.

Bəli, məşhur atalar sözündə deyildiyi kimi, görünən dağa nə bələdçilik. Bütün bu hadisələri ardıcıl olaraq təhlil edəndə məntiqi nəticədə yalnız bir qənaətə gəlmək olar: Erməni terrorçularının dəstəyi ilə hakimiyyətə gələn, bunun qarşılığında onlara hakimiyyətdə dayaq olan Paşinyanın sərsəmləmələri, terror və təxribatlarla zəngin olan siyasi fəaliyyəti erməni terrorizmindən qaynaqlanır və Paşinyan rəsmi kürsüdə erməni terrorizmi ənənəsini bütün gücü ilə davam etdirir. Dünya isə terrora yox deyir...(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam