Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-ŞİKAYƏT  

 "Cənab Nazir, Gəncə Dövlət Universiteti nə vaxtdan Yusif Yusibov tərəfindən özəlləşdirilb?"

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Gəncə Dövlət Universitetindən daha bir şikayət məktubu daxil olub. Aktuallığını nəzərə alıb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciəti olduğu kimi dərc edirik: 
"Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu baxımdan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Son bir il ərzində müxtəlif vəzifəli məmurların həbs edilməsi də deyilənlərin əyani sübutudur. Çünki, bəzi dövlət məmurları vəzifələrindən sui-istifadə edir, korrupsiya və rüşvətxorluq kimi çirkin əməllərdən əl çəkmirlər. Belələri tutduğu vəzifədən asılı olmayaraq, qanun qarşısında cavab verməli olurlar.Amma bu mübarizə tədbirlərini hələ də Gəncə Dövlət Universitetində rektor qulaqardına vurur və saymır.Bunu sübut eləmək üçün konkret faktları sadalayaq:
1. Universitetdə “Sorosun uşaqları”ndan ibarət bir qrup fəaliyyət göstərir. Adı "İnnovasiyalar deportamenti" olsa da əsl fəaliyyəti universitetdə rektorla kollektiv arasındakı münasibətlərin konflikt həddinə çatdırılmasından ibarətdir. Məqsəd isə ondan ibarətdir ki, hörmətli rektor heç kimin sözünü ciddi qəbul etməsin, hamıya etibarını itirsin və ancaq bu iki nəfərin və bir neçə nəfər digər “işbilənlərin” təsiri altında olsun. Ədalət naminə demək lazımdır ki, onlar artıq bu niyyətlərinə nail olublar. Belə ki, rektorun təbirincə desək, bu gün bu qocaman universitetin sütunlarından birincisi, layihələrin həyata keçirilməsi adı altında "pul yuyan" innovasiyalar deportamenti, ikincisi abadlıq və yenidənqurma adı altında büdcəni talayan təsərrüfat hissəsi, üçüncüsü isə Sorosun uşaqlarına, yaxud magistr dərəcəsi belə olmayan “etibarlı köməkçilərə” universitetdə dərs deyən müəllimlərdən, dosentlərdən 2-3 dəfə artıq əmək haqqının verilməsini imzalayan mühasibat imperiyasıdır. Müəllimlər və tədris işçiləri isə universitetdə, yəni təhsil müəssisəsində istər maddi, istərsə də mənəvi cəhətdən miskin vəziyyətdə olan adamlardır. Bərəkallah təhsilimizin bu cür inkişafına.....
Hazırda universitetdə "Microsoft Teams" proqramı vasitəsilə dərslərin məsafədən təşkili üstündə qızğın dava gedir. Bəli, iş yox məhz dava. Sentyabrın 14-ü qəfil yada düşüb ki, sabahdan dərs başlanır və dərslər bu proqram vasitəsilə keçilməlidir. Dərhal göstəriş verilir ki, sabahdan dərslər Microsoft Teams vasitəsilə keçirilsin. Təbii ki, bu yeni bir proqram olduğu üçün çaşqınlıq yaranır. Əksər müəllimlər hələ proqramla yeni tanış olmağa başlayır. Digər universitetlər bu proqramın tətbiqi üçün planlı şəkildə, aylarca əvvəl işçilərə təlimlər keçdiyi halda GDU rəhbərliyi bunu bir gecənin içində sıçrayışla həyata keçirmək istəyir. Üstəgəl universitetdə bu proqramın tətbiqini həyata keçirən həmin innovasiyalar deportamenti işin öhdəsindən gələ bilmir və proqram işləmir. Ancaq onlar öz səhvlərini etiraf etməmək üçün bütün pedaqoji kollektivi rektora savadsız, səriştəsiz, az qala təxribatçı kimi qələmə verirlər. Guya müəllimlər proqramdan düz istifadə etmədikləri üçün bütün sistem korlanıb. Nəticədə hamı rektorun gözündən düşür və günahkar olur. Təbii ki, rektorun “Universitetin sütunları” adlandırdığı Sorosun uşaqlarından başqa. Sual doğur, Microsoft şirkəti bu proqramı necə tərtib edib ki, dərs keçmək istəyən müəllimin səhvi ucbatından bütün universitetin proqram təminatı alt-üst olur? Amma bu sualı rektorun sevimli gül oğlanlarına verən yoxdur. Heç kimin cürəti çatmır. Nəticə olaraq yenə də müəllimlər söyülür, töhmət və işdən qovulmaqla hədələnir.Rektor dekanlara yox, Sorosun uşaqlarına inanır. Gözəl motivasiyadır... Belə yerdə deyirlər "axsaq atın kor da nalbəndi olar".
2. Yeni tədris ilində universitetə 75 nəfər müəllim işə götürülüb. Maraqlıdır, müəllimlərin işə qəbul imtahanlarında müsabiqədən keçə bilməyənlər verdikləri rüşvət müqabilində universitetdə müəllim olurlar.Bir nəfər müəllim keçmək üçün rektor Yusif Yusibova azı 7000 manat rüşvət verir. Sentyabr ayında 75 nəfər yeni müəllim işə götürülüb. Bu 525000 manat edir. Bu məbləğ yalnız müəllim kimi işə götürülənlərin haqqıdır. Buraya işə götürülən laborant və digət texniki işçilərin verdiyi rüşvət daxil deyil.
3. Maraqlıdır ki, universitetdə baş verən bütün özbaşınalıqlara universitet elmi şurası adından müzakirə olunmadan protokol üzərində qanuni don geyindirilir. Universitetin ştat cədvəlinə görə veriləcək əmək haqqı sistemi tamamilə pozulub.Belə ki, rektor öz yaxın ətrafının maaşını kefi istədiyi kimi qaldırır. Maraqlıdır, universitetin müəllimləri 400-600 manat maaş aldıqları halda, görəsən Təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun maaşı hansı əsasa görə 2500 manata qaldırılıb? Fəxrəddin Həsənov özünə bu ay 80000 manata "Prado" markalı maşın alıb. Göy-göl rayonunun Aşıqlı kəndində, Murud yolunda ona məxsus olan villanın dəyəri 250000 manatdır.Rektorun müşaviri Asif Cavadovun da maaşı elə Fəxrəddin Həsənovun maaşı qədərdir.Asif Cavadov keçən ay şəhərin Bayraq meydanı yaxınlğında hər birini dəyəri 150 min manat olan iki dənə müxtəlif mənzillər alıb.Rektor köməkçisi,1985-ci il təvəllüdlü Elsevər Nağıyevin Göy-göl rayonunun Aşıqlı kəndində olan villasının ümumi dəyəri 200000 manat civarındadır.Rektor köməkçiləri olan Elsevər Nağıyev,İlqar Kubışevin də maaşı 1500-1800 manat həddindədir.Hansı əsaslara görə rektorun katibəsinin maaşı dosentlərin,alimlərin maaşından 3 dəfə artıq olur???
Deputat Naqif Həmzəyevin qayınları, Sorosun uşaqları adı ilə tanınan, nənələri erməni olan, heç bir elmi dərəcəsi olmayan Asif-Vasif qardaşlarının maaşı 2000-2500 manat civarında müəyyənləşdirilib.Asif-Vasif qardaşları Yusif Yusibovun testlə imtahan maxinasiyasına başçılıq edir.Bu iki qardaş bütün il boyu layihə adı altında xarici ölkələrdə universitetin pullarını havaya sovurur. İndiyədək layihə üçün xərclənən pulların bir dəfə də olsun hesabatı aparılmayıb və heç bir yerdə qeyd olunmayıb. Asif-Vasif-Razim üçlüyü hər ay "layihə udmuşuq" adı ilə bir xarici dövlətdə olurlar və həmin ölkədə Azərbaycan əleyhinə erməni dayılarına məlumatlar ötürürlər.Məlumat üçün qeyd edək ki, Asif-Vasif qardaşlarının nənələri ermənidir.Bir dəfə GDU-da keçirilən beynəlxalq konfransda bu qardaşların rektorun xeyir-duası ilə gətirdiyi milliyyətcə erməni olan Fransalı qonaqlar da iştirak edirdi."İmperial" şadlıq sarayında keçirilən ziyafətdə zala türk iştirakçıların şərəfinə Türkiyənin bayraqları gətirildi və bu zaman həmin qonaqlar etiraz əlaməti olaraq məclisi tərk etdilər. Yuxarıda qeyd etdiyimiz kimi,bu qardaşlar rektor Yusif Yusibov tərəfindən maliyyələşdirilir və müdafiə olunur.Onda belə bir sual meydana çıxır, dolayısı yolla Yusif Yusibov kimin dəyirmanına su tökür???
4. GDU-da bəzi müəllimlər saat hesabı ilə dərs keçsələr də bu keçilən dərslərin pulu müəllimlərə verilmir,rektor tərəfindən mənimsənilir.
5. GDU-da altqruplara qatılan tələbələrin ödədiyi təhsil haqları da rektor tərəfindən mənimsənilir və bu pullar heç bir maliyyə sənədlərində öz əksini tapmır.
6. Çox maraqlıdır,görəsən GDU zavoddur,yoxsa fabrik?Dərs keçən,canını qoyan işçilərə maaş verməkdə xəsislik edən,onların zəli kimi qanını soran rektor təzə şöbələr yaradır,təzə-təzə ştat vahidləri kəşf edir,olmayan bağa bagban adı ilə bir neçə işçi götürərək universitetin büdcəsini talan edir. "OTK" adlı keyfiyyətə nəzarət komitəsi,bundan başqa mahiyyəti heç kimə məlum olmayan "Resurslar şöbəsi" ,"Strateji planlaşdırma" və s. kimi şöbələr yaradır.
7. Əgər universitetdə kiçik bir yoxlama aparılsa açıq-aydın görünər ki,yay imtahan sessiyasında onlayn imtahan təşkil etmək üçün məzuniyyət vaxtı işə cəlb edilmiş işçilərə 70-100 manat pul verilib.Amma işləməyib qıraqda gəzənlərə külli miqdarda əmək haqqı yazılıb. Asif və Vasif Həsənov qardaşlarına 1000 manat, Asif Cavadova 1000 manat ,Fəxrəddin Həsənova 1000 manat, Razim Əliyevə 1000 manat pul yazılıb və s. Əgər dəqiq yoxlamalar aparılsa çox şeylər üzə çıxar. Dekanlıq və kafedra işçilərinə yay aylarında işləməsinə baxmayaraq heç bir maddi vəsait ödənilməyib.
8. Universitet binalarının qarşısı bələdiyyələrə aid deyil. Bu Təhsil Nazirliyinin balansındadır .Bu binaların qarşısında universitetin müəllimləri öz maşıınlarını park edirlər. Lakin,təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun gözü nədənsə doymur,universitetin qarşısına əmisi oğlunu gətirib,fosforlu köynək geyindirib və dayanan müəllim maşınlarından 20 qəpikdən pul yıgdırır.Əgər bir müəllim maşını gün ərzində bir neçə dəfə gedib gəlsə,bu məbləğ 1 manat edir. Müəllimlər maşın saxlamaq üçün binanın ətrafında yer tapa bilmir.
9. Maraqlıdır,universitetin ştat cədvəlində 385 nəfər təsərrüfat işçisi var. Hələ adı işçi kimi gedib,kartları Fəxrəddin Həsənovun cibində olanlar bu statistikaya daxil deyil. Universitetdə 10 kvadrat metrlik balaca bir bağa 3 nəfər bagban təyin olunub.
10. Açıq-aydın görünür ki, Gəncə Dövlət Universiteti maliyyə nazirinin müavini Azər Bayramova və rektor Yusif Yusibovun qardaşı, Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusibova xidmət edir. Əgər tədris müəssisəsində kiçik bir yoxlama aparılsa, hər şey bütün çılpaqlığı ilə üzə çıxar.
11. Soruşmaq lazımdır ki,rektor son model "Range-rover" maşınını və keçən ay alınan 10-NG-082 nömrə nişanlı son model "BMW" maşınını hansı pullarla alıb??
Cənab Nazir,Sizin yeni təyin olunmağınızı nəzərə alaraq Sizə müraciət edirik.Bu yazılanları diqqətlə oxuyub açıqlama verməyinizi xahiş edirik.
Gəncə Dövlət Universiteti hansı tarixdən rektor Yusif Yusibov tərəfindən özəlləşdirilib??? Əgər dövlət müəssisəsidirsə,nə vaxta qədər tələbələr tərəfindən ödənilən təhsil haqqı Fəxrəddin Həsənov,Asif Cavadov,Sorosun uşaqları adlanan Asif -Vasif Həsənov qardaşlarının və digərlərinin xəzinəsinə çevriləcək?"
Hörmət və ehtiramla,
Gəncə Dövlət Universitetinin alçaldılmış, adam yerinə
sayılmayan müəllim kollektivi adından Maqbet Əhmədov
Xahiş edirik ki,bu yazılan faktları səlahiyyətinizdən istifadə edib bir-bir yoxlatdırın,onda görünəcək ki, biz burada olanların çox cüzi hissəsini yazmışıq.
Redaksiyadan: Bu müraciətlə bağlı Universitetlə əlaqə saxlamaq istəsək də  cəhdlərimiz nəticəsiz oldu.
Yenixeber.org olaraq yazıda adları yer alan şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam