Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-NONSES

 

Yenixeber.org: Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olan, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı Ağgöl Milli Parkında yanğın baş verib. Ümumilikdə 500 mindən çox quşun qışladığı, 140 növdən çox quşun məskunlaşdığı və 87 növ quşun nəsil artırdığı Ağgöl Milli Parkında yanğının təsirsiz qalacağı mümkün deyildi və olmayıb da. Məlumata görə, yanğının qarşısı alınsa da Ağgöl Milli Parkının ekosisteminə ciddi dərəcədə zərər dəyib.  

Xtırladaq ki, Ağgöl Milli Parkı Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli parkdır. Park 2003-cü ildə yaradılıb, ümumi sahəsi 17,924 hektardır.

                                                      ***

HAŞİYƏ: Hazırda Ağgöl Milli Parkına Xəzər Məhərrəmov rəhbərlik edir. Xəzər Məhərrəmovun isə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun kadrı olduğu ilə bağlı iddialar var. Xəzər Məhərrəmovun Ağgöl Milli Parkının direktoru təyin edilməzdən əvvəl Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun bu şəxslə bağlı planı haqqında mətbuatda məlumatlar yer alıb. Məlumata görə Xəzər Məhərrəmov sabiq nazir Hüseynqulu Bağırov tərəfindən əvvələr işində yol verdiyi nöqsanlara görə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən kənarlaşdırılıbmış. Amma H. Bağırov nazir vəzifəsindən azad edildikdən sonra X. Məhərrəmov “bəraət” alaraq geri qayıda bilib. Sonra isə nazir müavini Vüqar Kərimovun dəstəyi ilə hətta Ağgöl Milli Parkının direktoru kimi bir vəzifəyə də təyin olunub. Baş verən yanğında Ağgöl Milli Parkının direktoru Xəzər Məhərrəmovun məsuliyyətinin nədən ibarət olmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparacağı araşdırmadan sonra aydınlıq gətirilə bilər...

                                                                ***

Ağcabədi rayonundan yenixeber.org-a daxil olan məlumatlarda yanğının qəsdən törədilməsi də istisna edilmir... Bu olayın uzun illər Ağgöl Milli Parkına rəhbərlik etmiş Loğman Mehdiyev və onu bu vəzifədə əvəzləmiş Qüdrət İbrahimovla bağlılığı haqda şayiələr də dolanır. Hətta Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutka inzibati həbsə məhkum ediliblər. Amma, hansısa səbəblərdənsə məhkumlardan biri 10 gün olmadan belə- bir həftəyə-azadlığa çıxa bilib(?) Bu olayda diqqəti çəkən faktor isə yalnız bununla bitmir... Olayla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yalan məlumat verilməsi, olayın ört-basdır edilməsinə ciddi cəhdlər də var...

 

Ağgöl Milli Parkındakındakı son yanğının gizlədilməsində kimlər və niyə maraqlıdır? Loğman Mehdiyev və Qüdrət İbrahimovun bu olayla bağlılığı varmı? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə yanlış məlumatın verilməsi hansı səbəblərdən qaynaqlanır? Və s.  

Bu və digər suallar hələ ki, açıq olaraq qalmaqdadır. Təəssüf ki, məlumatlarda adları hallanan tərəflərlə əlaqə yaratmaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığı səbəbindən mövzunu davam etdirməyə çalışacağıq. Şübhəsiz ki, məlumatları dəqiqləşdirməklə.(yenixeber.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam