Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İqtisadiyyatın “kölgə”dən çıxarılması büdcə gəlirlərinin əsas artım mənbəyidir”- Vüsal Qasımlı

“Bu ilin ilk yarısında iqtisadiyyatın 2,7% geriləməsinə baxmayaraq, dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% artıb”.

Yenixeber.org: Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2020-ci ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair Maliyyə Nazirliyinin məlumatına əsaslanaraq bildirilib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın leqallaşması prosesi gedir: “ÜDM deflyatorunu da nəzərə alsaq, büdcə gəlirlərinin artımı daha çox iqtisadiyyatın “ağardılması” ilə bağlıdır. Bu ilin ilk yarısında vergi orqanları proqnoza 326,6 milyon manat və ya 8,9 faiz çox əməl ediblər. Özü də qeyri-neft sektorundan vergi daxilolmaları 367,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çox olub. Pərakəndə ticarət dövriyyəsi 1,8 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər 19,2 faiz azaldığı halda, bu sahələrdən vergi daxilolmaları artır.

İqtisadiyyatın "kölgə"dən çıxarılması tikinti və ictimai iaşə sahələrində də davam edir. Elektron qaimə dövriyyəsinin, ƏDV depoziti hesabına mədaxilin, özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığının, qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun və elektron ticarətin həcminin artması da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına dəlalət edir”.

Bu ilin altı ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 019,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 milyon manat və ya 5,1 faiz çoxdur. Bunu V.Qasımlı qeyd edərək bildirib ki: “Hansı ki, bu müddətdə xarici ticarət dövriyyəmiz də azalıb. Ötən ilki monetar qızıl idxalını nəzərə almasaq, bu ilin ilk altı ayında idxalımız 5,2 faiz azalıb, qeyri-neft üzrə ixracımız isə 911 milyon ABŞ dolları olmaqla 67,5 milyon ABŞ dolları az olub. Azalan xarici ticarət dövriyyəsi fonunda gömrük orqanlarının xəttilə büdcə daxilolmalarının artması bilavasitə bu sahədəki şəffaflaşma və leqallaşma ilə bağlıdır”.

V.Qasımlı qeyd edib ki, pandemiya şəraitində büdcə daxilolmalarının artması Prezident İlham Əliyevin rəhbərliyilə aparılan vergi-gömrük islahatları ilə bağlıdır və bu ilki vergi islahatlarında əsas məqsəd hamıya bərabər şəraitin yaradılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi yükünün yüngülləşdirilməsidir: “2020-ci ildə vergi islahatlarının bəzilərini qeyd edək: sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, dövlət büdcəsindən ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, yeni tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması və s.

Pandemiya şəraitində müvəqqəti vergi rejiminin qəbulunda məqsəd vergi yükü azaldılmaqla, həmçinin inzibati prosedurlarda güzəştlər və tətillər verilməklə vergi sisteminin və inzibatçılığının çevikliyinin qorunması, sahibkarlıq subyektləriinə stabil fəaliyyətinin təmin edilməsi və şəffaflığın artırılmasıdır. Məcburetmə prinsipindən könüllü riayətə keçid baş verir, heç kimə “imtiyaz” tanınmaması rəqabət mühitini yaxşılaşdırır və iqtisadiyyatı gücləndirir. Beləliklə, ədalətli vergi rejimi həm də rəqabəti və iqtisadi artımı stimullaşdırır və yenidən bu yolla vergi bazasını genişləndirir. Vergi-gömrük siyasəti və iqtisadi artım arasında “müdrik çevrə” yaranır. Ödəyici verginin ədalətliliyinə nə qədər çox inansa, bir o qədər də intizamlı olacaq. Vergi ədalətə bağlıdır”.

V. Qasımlı iqtisadiyyatın leqallaşması nəticəsində əldə olunan gəlirlərin Prezident İlham Əliyevin tapşırığı əsasında ilk növbədə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldiyini bildirib: “Bu ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4 984,4 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz və ya 1 030,7 milyon manat çoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam