Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İqtisadi tənəzzüldən necə qoruna bilərik –TƏHLİL

İqtisadi tənəzzüldən necə qoruna bilərik –    TƏHLİL
Artıq, ilinci ikinci rübü sona çatır. Mart ayından məlum idi ki, ölkə iqtisadiyyatı üçün bu rübün nəticələri mənfi olacaq və makroiqtisadi sabitliyə dair 20017-ci ildən əldə olunan müsbət tendensiya zəifləyəcək.
Yenixeber.org: Hələ aprelin əvvəlində “sən saydığını say, gör, fələk nə sayır” misalını xatırladaraq, yazmışdım ki, 2019-cu ili çox uğurla başa vuranda heç ağlımıza da gətirməzdik ki, bu ilin elə birinci rübündə iqtisadıyyatımız pandemiya bəlası ilə üzləşəcək. Nəticədə, keçən il başladılan islahatlar sığorta tədbirlərilə əvəzlənəcək, sosial istiqamətdə həyata keçirilən inqilabi addımlar kompensasiya ödənişləri, müvafiq maliyyə yardımları və güzəştlərldən ibarət xətt üzrə davamiyyət qazanacaq.

Əslində, 2020-ci ili də pis başlamamışdıq. Yanvar-fevralda ümumi daxili məhsul (ÜDM) 2,8 faiz, o cümlədən, qeyri-neft sektoru 6,7 faiz, qeyri-neft sənaye sahəsi 21,7 faiz artmış, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmaqla, sonuncu birincini üstələmişdi. Yeri gəlmişkən, birinci rübdə dövlət büdcəsinin icrası da vergi və gömrük orqanları tərəfindən müvafiq surətdə 221 milyon və 91 milyon manat olmaqla, ümumilikdə 300 milyon manatdan çox vəsait daxil edilməklə yekunlaşmışdı.

Sözün qısası, dövlət başçımız İlham Əliyevin də həmin vaxt çıxışlarının birində qeyd etdiyi kimi, ümid vardı ki, sözügedən dinamika il boyunca qorunub saxlanacaq və büdcəyə kənar gəlirlər hesabına əlavə sosial proqramlar da icra olunacaq. Amma...

Koronavirus iqtisadiyyatımızı həm kənardan, həm də daxildən ciddi şəkildə vurmaqla, ölkəmizə hələ indiyədək rast gəlmədiyimiz şok yaşatdı. Bu ilk böhran deyil, müstəqillik əldə etdikdən sonra 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə də böhran yaşamışıq. Lakin bunların heç biri iqtisadiyyatımız üçün bu cür şok təsir bağışlamayıb.

Bir sözlə, 2020-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az ÜDM istehsal edilib ki, iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,2, qeyri neft-qaz sektorunda isə 2,1 faiz az qeydə alınıb.

2020-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,6 milyon manat məbləğində və yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az vəsait yönəldilməklə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19,8 faiz artsa da, qeyri neft-qaz sektorunda bu rəqəm 16,7 faiz az olub. İyun ayının da nəticələrini üzərinə gəldikdən sonra yəqin, bu rəqəmlər bir az da aşağı təşkil edəcək. Bəli, mayın ortasından sonra karantin rejimi yumşaldılmaqla bir sıra sahələrdə iqtisadi fəaliyyət bərpa olundu. Ancaq, iyun ayı bütövlükdə hər şeyi yenidən buxova aldı. Odur ki, ikinci rübün yekunu yuxarıda qeyd olunan rəqəmlərin bir az da aşağı səviyyədə təzahür etməsiylə xarakterizə olunacaq.

Bununla belə, müsbət göstəricilər də var. Belə ki, kənd təsərrüfatında 4 faizə yaxın artım qeydə alınıb, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14 faiz artıb və sair... İnflyasiya 3 faiz olub. Muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı 2019-cu ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 736,2 manat təşkil edib və ümumiyyətlə, əhalinin nominal gəlirləri 1,3 faiz artıb. Büdcənin icrasında 1135,3 milyon manatlıq profisit yaranıb.

Ancaq koronavirusla bağlı vəziyyət bir az da davam etsə, yəni karantin rejimi üçüncü və dördüncü rüb ərzində də fasiləli olsa da tədbiq edilsə, istər-istəməz digər makroiqtisadi göstəricilər üzrə də mənfi göstəricilər qeydə alınmağa başlayacaq. Və ikinci rübdə ÜDM istehsalı göstəricisindən start götürən tənəzzül tendensiyası özünü son nəticədə valyuta bazarında büruzə verə bilər. Lakin vəziyyət nə qədər qeyri-müəyyən olsa da pessimistliyə qapılmaq olmaz. Sual olunur ki, niyə?

Birincisi, pandemiyaya görə səhiyyə, sosial və maliyyə sektorlarına dəstək məqsədilə geniş maliyyə xərcləri həyata keçirilsə də, yuxarıda qeyd etdiyim kimi dövlət büdcəsinin icrasında profisit qalır. 19 may 2020-ci il tarixinə dövlət büdcəsi xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulan vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 milyon 257 min manat maliyyələşdirmə həyata keçirilib.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsait ayrılıb. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi, kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib. Ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 milyon 757 min manat həcmində vəsait sərf olunub.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 milyon manat vəsait köçürülüb, işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə isə 15 milyon manat. Və bu, ölkənin 8 rayon və şəhəri üçün iyun ayında da davam etdiriləcək.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək və bərpa mexanizmi bu ilin üçüncü rübünün axırınadək müddəti əhatə edir ki, ola bilsin, bunların bəzisi uzadılsın. Çünki pandemiya ilə bağlı şərait hələ davam edir və nə vaxt bitəcəyi bəlli deyil. Bu addımlar isə həm nağd, həm də qeyri-nağd olmaqla dolayı yolla güzəşt xarakterli tədbirləri əhatə edir və edəcək.

İkincisi isə, Azərbaycanın valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çox təşkil edir və hələ bundan istifadə edilməyib. Cari ilin dövlət büdcəsinə isə hələ baxılmayıb. Və çox güman ki, baxılmayacaq da...

Neftin dünya bazar qiymətləri isə 40 ABŞ dollarından yuxarı qalxıb. Bu yerdə dövlət başçımızın bu yaxınlarda beynəlxalq maliyyə qurumlarından birinin rəhbərləri ilə keçirdiyi videokonfrans zamanı qeyd etdiyi bir fikri xatırlatmaq yerinə düşür. Prezident bildirdi ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. İlham Əliyev çox gözəl olaraq qeyd etmişdir ki, ehtiyatları qorumaq və artırmaq başlıca iqtisadi hədəfdir...


Pərviz Heydərov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam