Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

MANAT 3,6 MİLYRD DOLLAR APARIB - Pandemiya ilinin 5 ağır ayı

Koronavirus Azərbaycanda turizmə və ictimai iaşə xidmətinə böyük zərər vurub

Yenixeber.org: Pandemiya ilinin 6-cı ayı başladı. Geridə qalan dövr həm dünya, həm Azərbaycan iqtisadiyyatı üçün asan keçmədi. Bütün hökumətlər etiraf edirlər ki, pandemiya müxtəlif xidmət sahələrinə milyardlarla ziyan vurub.

Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin may ayında keçirdiyi valyuta hərraclarında 334 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat iyunun 1-də yayılıb.

Novator.az bildirir ki, yanvar-may aylarının valyuta hərraclarında fonddan 3 milyard 637 milyon dollar məbləğində vəsait alınıb.

Yanvarın hərraclarında fond 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar, martın hərraclarında 1 milyard 928,3 milyon dollar, aprelin hərraclarında 531,1 milyon dollar sərf edib.

2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.

2015-ci ilin iki devalvasiyası nəticəsində dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.

2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.

2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə iyunun 1-də keçirdiyi videokonfransda koronavirus pandemiyasının Azərbaycanın sosial-iqtisadi həyatına təsirindən söz açıb: “Pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik.

Biz həmçinin iqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq".

Dövlət başçısı 2020-ci ilin ilk dörd ayı ərzində iqtisadi artımın çox az - 0,2 faiz olduğunu vurğulayıb: “Beş ayın nəticələri hələ ki məlum deyil. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim üçün çağırışdır. Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, ola bilsin, bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq.

Mən bilirəm ki, çox ölkə, eşitdiyimə görə, 150-dən çox ölkə maliyyə dəstəyi üçün beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan onların arasında deyil. Biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və xərclərimiz daim mənfəətimizdən aşağı olub. Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimizdir".

İlham Əliyev əlavə edib ki, dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım qeydə alınıb: “Bizim sənayeləşmə, şaxələnmə və sənaye inkişafına təkan verən infrastruktura sərmayə üzrə səylərimiz yaxşı nəticələr verir”.

Amma o da danılmaz faktdır ki, bundan sonra ölkələrin iqtisadiyyatını dirçəltmək, seytnot vəziyyətindən çıxmaq, itkiləri qısa müddətdə kompensasiya etmək elə də rahat olmayacaq.

Nəzərə alsaq ki, payızda pandemiyanın növbəti dalğası gözlənilir, o halda qarşıdakı mövsümdə Azərbaycan və dünya iqtisadiyyatı yeni silkələnmələr yaşaya bilər.

 

Natiq Cəfərli

 

İqtisadçı ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, geridə qalan 5 ay ərzində Azərbaycanda ən çox turizm sahəsi pandemiyadan zərər görüb. N.Cəfərli deyir ki, zərərlə üzləşən ikinci sahə ictimai iaşə xidmətidir. Onun sözlərinə görə, indi iaşə xidmətlərinin fəaliyyətinə müəyyən çərçivə daxilində icazə verilsə də, əvvəlki vəziyyətə qayıtmaq üçün zaman lazımdır. Ekspertin fikrincə, pandemiya dövründə ziyanla üzləşən üçüncü sektor qeyri-ərzaq mallarıdır: “Biz bura geyim, texnika, elektrik avadanlıqları satışını daxil edə bilərik.

Hazırda ticarət mərkəzləri, “mall”lar açılsa da, durğunluq müşahidə edilir. İstər-istəməz alıcılıq qabiliyyəti aşağıdır. Ümumiyyətlə, bütün sahələr, hətta tikintiyə zərər dəyib, layihələr dayanıb.

Pandemiyanın təsir etmədiyi nadir sahələr ola bilər. Məsələn, onlayn ticarətin adını çəkə bilərik". İqtisadçı hesab edir ki, koronavirusun payızda ikinci dalğası böyük yaralar aça bilər: “Hesablamalara görə, dünya iqtisadiyyatının əvvəlki vəziyyətinə dönməsi gələn ilin ortalarına təsadüf edə bilər. Əgər növbəti dalğa gəlsə, dünya iqtisadiyyatının reabilitasiyası prosesi 2024-cü ilə qədər uzana bilər. Eyni zamanda neftin dünya bazarındakı qiyməti Azərbaycan iqtisadiyyatına təsir göstərir. Hazırda makroiqtisadi göstəricilərlə bağlı 3 ayın nəticələri var.

Rəqəmlər əlimizdə olsa, aprel-may ayının mənzərəsini aydın görəcəyik. Həmçinin Ümumi Daxili Məhsulun azalmasını görəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam