Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Gürcüstanda -terminalın tikintisi dayandırıldı

Tbilisi Şəhər Məhkəməsi Batumi limanında mineral gübrə terminalı inşasına etiraz edən “Bizim Batumi” hərəkatının iddiasını təmin edib.

Yenixeber.org: Bu barədə Gürcüstan televiziyasının Birinci kanalı məlumat yayıb.

“Gürcüstan Sputnik”in məlumatına görə, söhbət dənəvər karbamidin daşınması məqsədi ilə Gürcüstandan keçməklə Azərbaycan və Asiya ölkələrindən Avropaya yeni logistika nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan terminalının inşası layihəsindən gedir.

Yeni terminalın Batumi limanında yük dövriyyəsini 200 min ton artıracağı gözlənilirdi. Müxtəlif ictimai hərəkatlar dəfələrlə terminalın inşasına qarşı çıxıb.

Məhkəmə Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin terminalın inşası və istismarı zamanı ətraf mühitə təsir barədə rəy hazırlaması və təqdim etməsi barədə qərar çıxarıb, eyni zamanda Batumidə mineral gübrə terminalının inşasına başlanmasını əsaslandıran sənədi əsassız sayıb. Fəallar məhkəmə qərarının tikintinin dayandırılması baxımından yekun əsas ola biləcəyini iddia edirlər.

Xatırladaq ki, layihəyə 20 milyon dollar həcmində investisiya ABŞ-ın “Trammo” korporasiyası tərəfindən həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam