Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

ƏDV-dən sizə çatan payı nə vaxt ala biləcəksiniz? - AÇIQLAMA

ƏDV-dən sizə çatan payı nə vaxt ala biləcəksiniz? - AÇIQLAMA

Alış-veriş zamanı ödənilən məbləğin ƏDV-sinin bir hissəsinin müştəriyə qaytarılması prosesinə bu lin yazında  başlanılacağı deyilsə də, 2020-ci ilin yazına qədər təxirə salındı.

 

Yenixeber.org: Bununla bağlı danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu çox mürəkkəb prosessdir, buna görə də məsələ ilə bağlı dərin hazırlıqlar görmək lazımdır: 

“İlk növbədə onu qeyd edim ki, ƏDV  ödəniş edənə tamamilə qaytarılmır, onun bir hissəsi qaytarılır. Bu da alverin və ya satışın stimullaşdırılması üçün nəzərədə tutulub. Bunun üçün xeyli işlər görülməlidir. ƏDV-dən müəyyən faizin ödənilməsi üçün xüsusi qəbzlər çap olunmalıdır. Alıcının və ya ödəyicinin həmin qəbzlə ödədiyi məbləği təsdiqləyib, yenidən özünə qaytarılması üçün xüsusi qəbzlər olmalıdır. Bunun üçün də özəl xəzinə qurğuları istifadəyə verilməlidir. Bu məsələnin tətbiqi ölkədə ticarət dövriyyəsinin yüksəlməsini stimullaşdıran amillərdən biridir. ƏDV-dən məbləğin qaytarılması ilə bağlı qanun qəbul olunub. Amma bu istiqamətdə işlər görülmür.  Bəlkə də heç 2020-ci il üçün də təsdiqi mümkün olmayacaq”. 

Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru Ülvi Mansurov isə qeyd edib ki, hələ ki, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilməyib.

Nazirlik rəsmisi xatırladıb ki, bu məsələ çoxdan vergi qanunvericiliyində öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb.

Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır:

“Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra ƏDV-nin geri qaytarılmasına başlanılacaq. Növbəti il ərzində III mərhələ də yekunlaşacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam