Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2015-ci il üçün qlobal maliyyə bazarı proqnozu

 

Multi-aktivlər və investisiyalar ticarətində ixtisaslaşan “Saxo Bank” 2015-ci il üçün qlobal maliyyə bazarı və onun əsas ticarət istiqamətləri üzrə illik proqnozunu dərc edib.

"Xeberinfo.com":  Məlumata görə, cari ildə müxtəlif geosiyasi risklərlə üzləşən müasir dünya iqtisadi və pul siyasətində qarşılıqlı əlaqədən sürətlə məhrum olur. Artıq bu ilin birinci rübündə maliyyə bazarlarının tərəddüdün maksimumuna çatacağı gözlənilir.
“Saxo Bank”ın son proqnozuna əsasən, dünya iqtisadiyyatı və iqtisadi istiqamətin dəyişməsi görünməmiş resinxronizasiya hiss edə bilər və bu, neftin 1 barelinin qiymətinin 60 ABŞ dollarından aşağı müəyyən etməsini doğura biləcək ciddi geosiyasi risklərə gətirib çıxara bilər. Eyni zamanda, bir çox inkişaf etmiş ölkələrdə yumşaq və inkişafda olan ölkələrdə nisbətən sərt pul siyasətinə baxmayaraq, inflyasiya səviyyəsinin aşağı düşməsi gözlənilir. Lakin ABŞ-ın Federal Ehtiyat Bankı tərəfindən pul siyasətinin sərtləşdirilməsi də bu ilin ortalarına planlaşdırılır. Əlavə olaraq, borclar tarixi minimuma yaxınlaşmış gəlirlik və iqtisadi dayanıqsızlıq səviyyələrini saxlayaraq ticarətin səviyyəsinə təsir edir.
Qlobal iqtisadiyyatın tənzimlənməsi inkişafda olan ölkələrdə iqtisadi artımın ləngiməsinə, deflyasiya ilə problemlərə və ÜDM göstəricilərinə nisbətən artan borcla qarşıdurmanın kəskinləşməsinə gətirib çıxaracaq. “Saxo Bank”ın aparıcı iqtisadçısı Stin Yakobs (Steen Jacobsen) hesab edir ki, müqavimətin üsulları enerji resurslarına cüzi artan qiymətlərə və dəyişməmiş faiz dərəcələrinə nisbətən stabilliyi qoruyacaq ucuz dollar olacaq. Lakin 2014-cü ildən etibarən cərəyanların inkişafına əsaslanan maksimal tərəddüd nöqtəsi cari ilin birinci rübündə nəzərə çarpacaq, belə ki, Avropa Mərkəzi Bankı kütləvi yumşaltma proqramının tətbiqi üzrə heç də ən yaxşı qərar qəbul etməyib.
Valyuta bazarları da 2015-ci ildə dayanıqsızlıq hiss edəcək. Daha çox gözlənilən tendensiya dolların zəifləməsidir, baxmayaraq ki, “Saxo Bank” Asiyada valyuta konfliktlərinin gərginləşməsi nəticəsində sözügedən valyutanın birinci rübdə möhkəmlənəcəyini proqnozlaşdırır. “Saxo Bank”ın “Forex” platformasında ticarət üzrə əsas tövsiyələri sırasına İsveçrə Milli Bankı tərəfindən bu il ola biləcək mənfi göstəricilər üçün USD/CHF mövqelərdən gələcəkdə istifadə, həmçinin dünya üzrə deflyasiyanın yayılması təqdirində Çin valyutasının devalvasiya ilə üzləşə biləcəyi halda Çin yuanı və Yaponiya iyenasının dollara qarşı satışı daxildir.
“Saxo Bank”ın proqnozlarına görə, 2015-ci ildə qlobal iqtisadiyyatın artım tempi 2014-cü ilin 2,2%-nə qarşı olaraq 3% təşkil edəcək və bu da enerji resurslarının qiymətlərinin aşağı olması, inkişaf etmiş ölkələrdə bir o qədər də sərt olmayan iqtisadi siyasət və geosiyasi gərginlik səbəbindən riskə uğraya biləcək ticarətin yüksək artımı ilə xarakterizə olunur. Ətraflı:
• ABŞ-ın iqtisadiyyatı istehlak sahəsi və enerji resurslarına qiymətin aşağı olması səbəbindən sürətli dayanıqlı templə artacaq. “Saxo Bank” 2015-ci ildə ABŞ-ın iqtisadi atrım tempini 3% təşkil edəcəyini proqnozlaşdırır;
• Avrozona üçün proqnoz etmək bir qədər çətindir, belə ki, struktur islahatlar təsadüfi xarakter daşıyır, özəl sektor isə borcun maliyyələşdirilməsi payını azaldır və bununla da iqtisadi artımın və inflyasiyanın qarşısını alır. “Saxo Bank” bu regionda iqtisadi artımın 1% olacağını proqnozlaşdırır;
• Böyük Britaniyada özəl sektorun inkişafı və onun ölkə hökuməti tərəfindən strateji dəstəklənməsi səbəbindən iqtisadi artım 2015-ci ildə 2,5% təşkil edəcək. Lakin bu ölkədə mənzil sektorunun inkişafı kifayət qədər ləngiyəcək;
• “Saxo Bank” məqsədi iqtisadi artım tempinin azaltması olan Çin Mərkəzi Bankının dünya iqtisadiyyatına təsir edən yumşaldıcı islahatlara əvvəlki kimi skeptiki yanaşır. Bank Çin iqtisadiyyatının artım tempini razılaşdırılmış səviyyədən aşağı – 6,7% təşkil edəcəyini proqnozlaşdırır.
Avrozonada cari ildə iqtisadi artımın nisbətə aşağı olacağına baxmayaraq, “Saxo Bank” hesab edir ki, 2015-ci ildə Şərqi Avropanın üzv ölkələri və Aralıq dənizi Klubu inkişafı dəstəkləyəcək.
“Bütün bunların nəticəsi o olacaq ki, Avropa kiçik, innovativ və çevik şirkətlər şəbəkəsinə çevriləcək. Bu, Avropanın gələcəyi üçün olduqca gözəl xəbərdir”, - deyə S. Yakobsen əlavə edib.
Daha ətraflı:
http://cy.saxobank.com/lp/cp/Pages/outlook-q1-2015.aspx
“Saxo Bank” haqqında:
“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.
(AzVision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam