Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Bakı-Novorossiysk kəməri ilə -neftin nəqli bərpa olunub

Bakı-Novorossiysk kəməri ilə neftin nəqli bərpa olunub

SOCAR Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib. Bu barədə "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Yenixeber.org:  Qeyd edək ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.

Ötən il SOCAR Bakı-Novorossiysk boru kəməri ilə təxminən 1,3 mln. ton neft nəql edib. 2017-ci ildə bu göstərici 1,5 mln. ton təşkil edib. Bundan öncə bildirildi ki, 2019-cu ildə Bakı-Novorossiysk boru kəmərinin 1,5 mln. ton neft ixrac etməsi planlaşdırılır.

Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam