Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ölkəyə gətirilən maşınlara aksiz vergisi tətbiq olunur–Qiymətlər kəskin bahalaşacaq

“Minik avtomobillərinə aksiz vergisi tətbiq olunarsa, qiymət qalxacaq, bu da maşın bazarına mənfi təsir göstərəcək”.

Yenixeber.org: Bunu minik avtomobillərinə tətbiq edilən aksiz vergisinin artırılmasına münasibət bildirən ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə aksizlərin tətbiq olunması avtomobillərin qiymətinin yüksəlməsinə təsir göstərəcək, insanlar da öz növbəsində komfortlu avtomobil almaqdan imtina edəcəklər: “Komfortlu avtomobillər əsasən mühərriki iri həcmli olan, Avropa, Yaponiya, Koreya istehsalı olan avtomobillərdir ki, onlar daha təhlükəsizdir. Onların motor həcmi də böyükdür. Buna görə də vətəndaşlar az komfortlu avtomobil almağa məcbur qalacaqlar.

Bildiyimə görə, aksiz vergisinin artırılması Azərbaycanın özünün avtomobil istehsal etməsi ilə əlaqələndirilir. Məlumdur ki, Naxçıvanda “NAZ-Lifan”, Neftçalada “Xəzər” avtomobilləri istehsal olunur, amma bu avtomobillərin mühərriki kiçik həcmlidir, aksizlər isə böyük həcmli mühərrikli avtomobillərə tətbiq olunur. Kiçik mühərrikli və mexaniki ötürücülü olan bu avtomobillər o qədər də komfortlu deyil”.

Ekspert bildirib ki, biz avtomobil parkını yeniləmək, bazarı inkişaf etmək əvəzinə belə qərarlarla vəziyyəti daha da pisləşdiririk: “Dövlətin məqsədi odur ki, avtomobil parkı yenilənsin, köhnə avtomobillərlə vidalaşaq, yeni avtomobillərin sayı artırılsın, ekologiyaya da müsbət təsir eləsin. Bu avtomobil bazarında da dinamika yaradır”.

Ekspert düşünür ki, bunu kompensasiya etmək olar: “Mühərrik həcminə görə aksizlərin qiyməti qalxırsa, heç olmasa hibrid avtomobillərə görə gömrük və mühərrik həcmi rüsumu alınmasın”.

Qeyd edək ki, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə görə, mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 3 manat (əvvəl 2 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (əvvəl 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat (əvvəl 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (əvvəl 3400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 (əvvəl 8 manat), mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 (əvvəl 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (əvvəl 20 manat), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 əvvəl (31 400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat (əvvəl 40 manat) aksiz vergisinin tətbiq olunması təklif edilir/Teleqraf.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam