Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycanın bu il üçün proqnozlaşdırılan şərab ixracının həcmi açıqlanıb

 
Bu il 6 milyon dollara yaxın şərab ixracı həyata keçirilə bilər

Yenixeber.org: Bunu  Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.
"Ötən il 4,5 milyon dollarlıq şərab məhsulunu ixrac etmişik. Bu il 30-40 % artım gözləyirik. Hesab edirik ki, 6 milyon dollara yaxın ixrac həyata keçirə bilərik. İxracın artması bazardan da aslıdır", - deyə E.Mədətov bildirib.
O həmçinin əlavə edib ki, iyulun 4-8-də Monqolustana ixrac missiyası nəzərdə tutulub: "Bundan başqa, avqustun sonu, sentyabrın əvvəlində Çinə iki ixrac missiyası baş tutacaq. Ümumiyyətlə, il ərzində 20 ixrac missiyası olacaq".
E.Mədətov Şanxayda açılışı planlaşdırılan "Şərab Evi" ilə bağlı danışarkən bildirib ki, bununla bağlı ilkin razılaşma əldə edilib: "Şanxayda Azad Ticarət Zonasında "Şərab Evi"nin açılması nəzərdə tutulur. Texniki məsələlər həll edilsə, iyulun ortalarında açılış ola bilər". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam