Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 365,5 mln. dolları ötüb

 

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana Gürcüstandan idxal olunan məhsullar arasında minik avtomobilləri birinci yeri tutub.


Yenixeber.org: Gürcüstanın Milli Statistika İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata əsasən, qeyd olunan dövrdə Azərbaycan qonşu ölkədən 19 mln. 277,3 min dollar məbləğində minik avtomobili idxal edib.

 

Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsulların ilk üçlüyünə dərman vasitələri və kartof da daxildir. Cari ilin ilk altı ayı ərzində Gürcüstandan Azərbaycana 10 mln. 489 min dollar məbləğində dərman vasitələri, 4 mln. 970,2 min dollar məbləğində isə kartof ixrac olunub.

 

Qeyd olunan dövr ərzində Gürcüstan Azərbaycandan ən çox qaz və digər qaz halında karbohidrogenlər (159 mln. 161,7 min dollar), neft və neft məhsulları (37 mln. 488,7 min dollar) və elektrik enerjisi  (28 mln. 324,6 min dollar) idxal edib.

 

2017-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 365 mln. 516,3 min dollar təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstandan 81 mln. 548, 8 min dollar məbləğində məhsul idxal etdiyi halda, Azərbaycanın Gürcüstana ixracı 283 mln. 967,5 min dollar dəyərində olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam