Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Beynəlxalq Bankın reytinqi aşağı salındı -Moody's

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının kredit reytinqlərini kəskin aşağı salıb.

Xeberinfo.com:  Qeyd edək ki, ABB-nın reytinqi praktiki olaraq bütün parametrlər üzrə endirilib.

Belə ki, xarici valyutada depozitlər üzrə reytinq Ba3 (spekulyativ əlamətləri olan riskli öhdəliklər) səviyyəsindən B1-ə (yüksək səviyyədə spekulyativ) qədər enib.

Eynilə, prioritet təmin olunmamış borc üzrə reytinq Ba3-dən B1-ə qədər aşağı düşüb. Qısamüddətli depozitlər üzrə reytinq isə Not-Prime (bu reytinq sistemində ən aşağı səviyyə) səviyyəsində təsdiqlənib.

Uzunmüddətli depozitlər və təmin olunmamış reytinqlər üzrə proqnoz mənfidir. Moody's qeyd edir ki, ABB-nin reytinqinin aşağı düşməsi onun muxtar maliyyə vəziyyətinin zəifliyini əks etdirir.

Agentlikdə bildirirlər ki, hətta sonuncu dəfə 600 milyon manatlıq kapital daxilolmasından sonra belə bankın kapitalının qiymətləndirmə mövqeyi əvvəlkitək mənfidir.

2016-cı ilin sonuna bankın xarici borcalmalarının ümumi həcmi 2,1 milyard dollar səviyyəsindədir.

Moody's agentliyinin hesabatında bildirilir ki, ABB-nin pis aktivlərinin “Aqrarkredit” maliyyə təşkilatına ötürülməsinə baxmayaraq, bank hələ də hökumətin dəstəyinə ehtiyac duyur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam