Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Türkiyə ilə Azərbaycanın kredit reytinqləri bərabərləşib -"Fitch"

fitchBeynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, Türkiyənin kredit reytinqini “investisiya edilə bilər” səviyyəndən bir pillə aşağıya endirib.

Xeberinfo.com:   Proqnozunu isə “sabit”də saxlayıb.
Beləliklə, kredit reytinqi “BBB-“dən “BB+”a düşüb və Azərbaycan, Bəhreyn və Portuqaliya ilə eyni səviyyəyə gəlib.

Fitch ilə bərabər, Moody’s İnvestor Service və S&P Global Ratings də Türkiyəyə “investisiya edilə bilər” səviyyəndən aşağı səviyyədə not təyin etmişdi.

Fitch açıqlamasında, iqtisadi inkişafın 2016-ci ilin 2-ci yarısında kəskin şəkildə düşdüyünü və Türkiyənin son illərdəki performansının olduqca aşağı olduğunu və çox aşağı sürətlə toparlanmasının gözləndiyini qeyd edib.

Fitchin açıqlamasına görə, iqtisadi artım təhlükəsizlik, siyasi şərait və yaxın perspektivdə pul vahidinin (Lirənin) dəyərdən düşməsi nəticəsində yaranan zəif daxili tələbat ilə əlaqədar olaraq aşağı qalacaq.

Türk Lirəsi dollar qarşısında, Fitchin açıqlamasının ardından ucuzlaşmasını (0.9 faiz) davam etdirib 3.8833 səviyyəsini görüb.

Türk Lirəsi Dollar qarşısında, Moodys-un Türkiyənin kredit reytinqini ötən ilin Sentyabrda “investisiya edilə bilər” səviyyəndən aşağı salmasından bu yana dəyərinin dörddə birini itirib və xarici investorlar sözügedən dövrdə 3 milyard dollar məbləğində dövlət istiqrazı satıb.

Reytinqin aşağı salınması, investor etibarının kövrək olduğu bir dövrdə Türkiyənin xarici kapital cəlb etmək səylərini daha çətinləşdirəcək. Türkiyə, cari əməliyyatlar kəsirini bağlamaq üçün xarici borclanmaya gedə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam