Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İl boyu əmək haqqı və pensiyalar artırıla bilər” -Millət vəkili

Vahid Əhmədov: “İl boyu əmək haqqı və pensiyalar artırıla bilər”

 

Vüqar Bayramov: “Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə görə, minimum əmək haqqının mərhələli şəkildə orta aylıq əmək haqqının 60 faizinə çatdırılması lazımdır” 

 

 
Xeberinfo.com:   Azərbaycan prezidenti yanvarın 21-də minimum əmək haqqının 116 manata qaldırılması və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə sərəncam imzalayıb. Prezidentin dünən imzaladığı sərəncamlarla bu ildən bütün növ əmək pensiyalarının sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsində indeksləşdiriləcək və minimum aylıq əmək haqqı 116 manat olacaq. 
Prezidentin son fərmanı ilə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının (baza hissəsindən çox olan məbləğlərin) 12,4 faiz artımla indeksləşdirilməsi həyata keçiriləcək. 
Çünki rəsmi məlumatlara görə, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz artıb. Bu isə o deməkdir ki, əgər pensiyası baza və sığorta hissəsindən ibarət olan 1 təqaüdçü 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12,4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək, beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq. Bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq pensiyalar 5-10 manat diapazonunda indeksləşdiriləcək.
Ekspertlər bunun ölkədə gedən bahalaşma fonunda çox az bir artım olduğunu qeyd edirlər.
İqtisadçı ekspert bu artımı xarici dövlətlərlə müqayisə edərək deyir ki, hətta artımdan sonra Azərbaycanda 1 aylıq minimum əmək haqqının dəyəri ABŞ-da orta hesabla 4 saatlıq, Böyük Britaniyada isə 3 saatlıq minimum əmək haqqı səviyyəsinə çatıb.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu artım yetərli deyil. Deputat ilin ortasında da əmək haqqı və pensiyaların artırıla biləcəyini ehtimal edir: “Mən iqtisadçıların bu fikirləri ilə razıyam, artım cüzidir. Ancaq indiki imkan budur. Əmək haqqı və pensiyalar artırılanda büdcəyə baxılır. Büdcədə olan vəsaitlərə uyğun olaraq artım nəzərdə tutulur. Bildiyiniz kimi, vəsaitlər də azlıq təşkil edir. Büdcə çətinliklə formalaşıb. Ona görə də artım az olub. Məndə olan məlumata görə, il boyu imkan daxilində bu məsələlərə baxılacaq. Ola bilər ki, ilin ortasında büdcəyə yenidən baxılsın, əmək haqqı və pensiyalar artırılsın. Cənab prezident də dedi ki, maaşlar azaldılmayacaq, əksinə, artırılacaq. Məndə olan məlumata görə, il boyu bu məsələlərə baxılacaq”. 
 
İqtisadçı ekspert Vüqar Bayramov isə “Yeni Müsavat”a  açıqlamasında bildirdi ki, bu artım qanunvericiliyə əsasən həyata keçirilib: “Məbləğin kiçik və ya böyük olmasından asılı olmayaraq əmək haqqı və pensiyalarda qiymət artımları müsbət qiymətləndirilməlidir. O baxımdan hökumətin bu addımı olduqca vacibdir. Burada pensiyaların sığorta hissəsinin indeksasiyasından söhbət gedir. Buna görə də qanunvericiliyə əsasən əvvəlki ilin inflyasiya səviyyəsinə görə  indeksasiya olunur. O baxımdan, burada fərqli faizin seçilməsi qanuna əsasən mümkün deyil. 2016-cı ildə inflyasiya səviyyəsi necə olubsa həmin rəqəm indeksasiya olunur. Burada məqsəd odur ki, pensiyaların sığorta hissəsi inflyasiya səbəbindən azalmasın, sığorta hissəsini qorumaq mümkün olsun. İnflyasiya səviyyəsi yüksək olan illərdə indeksasiyanın tətbiq edilməsi olduqca vacibdir”. 
Image result for Vüqar Bayramov
Ekspertin fikrincə, sığorta hissəsinin indeksasiyası ilə yanaşı 2017-ci ildə pensiya məbləğinin artırılmasına ehtiyac var: “Bizim müstəqil qiymətləndirmələrimiz də göstərir ki, mövcud maliyyə resursları çərçivəsində pensiyaların bütövlükdə məbləğinin əlavə 15 faiz artırılması mümkündür. Güman edirəm ki, Maliyyə Nazirliyi də pensiyaların 15 faiz artırılması üçün maliyyə mənbələrinin təmin olunmasını həyata keçirməyə çalışmalıdır”. 
 
V.Bayramov diqqətə çatdırdı ki, minimum əmək haqqının artırılması məbləği də olduqca vacibdir: “Çünki bu həm də digər ödənişlər üçün də vacib kriteriyadır. Belə ki, hər hansı əməyin qarşılığında ödəniləcək minimum səviyyə müəyyənləşdirilir və özəl sektorda belə bu məbləğdən aşağı əmək haqqının ödənilməsi mümkün deyil. O baxımdan, minimum əmək haqqı məbləği olduqca vacibdir. Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə görə, minimum əmək haqqının mərhələli şəkildə orta aylıq əmək haqqının 60 faizinə çatdırılması lazımdır. Hökumət gələn ildən etibarən bu istiqamətdə də müəyyən işlər görməlidir. Minimum əmək haqqını artıran zaman bunun həm hökumətin, həm də iş adamlarının öhdəliklərinə necə təsir etdiyinin də müəyyənləşdirilməsi lazımdır. Manatın mövcud məzənnəsi çərçivəsində 2017-2018-ci illərdə minimum əmək haqqı məbləğinin 150 manata çatdırılmasına ehtiyac var. Biz bunu mərhələli şəkildə həyata keçirməyi təklif edirik. Çünki bu zaman digər öhdəliklərin də optimallaşdırılmasına şərait yaranar. Hökumət bu addımı atmalıdır ki, həm əmək haqlarına təsir göstərsin, həm də özəl sektorun öhdəliklərində çətinlik yaranmasın”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam