Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Birjalar “silkələndi”- Britaniyanın qərarı manata da təsirsiz ötüşməyib

600@0 (1)

Böyük Britaniyanın Avropa Birliyindən çıxması öncədən gözlənildiyi kimi dünuya birjalarına dərhal öz təsirini göstərib.

Xeberinfo.com:  ANS TV-nin məlumatına görə, nəticələr açıqlanandan dərhal sonra Britaniya Funtu dollara nisbətən 8% dəyər itirib.
Paralel olaraq Avropa Birliyinin vahid valyutası Avro 3% ucuzlaşaraq 1 dollar 10 sentə düşüb. Bunu səbəbi isə baş verən hadisələrdən sonra investisiya aləti kimi Avro  və Funta inamın itməsi göstərilir.
Mütəxəsislər yaxın vaxtlarda qızılın qiymətinin bahalaşacağını praqnozlaşırır. Çünki bu əsas valyutalara inam azaldığından vəsaitlər qızıla yatırıla bilər.

“Brexii”-in təsiri ilə neft də dəyərdən düşüb. Ötən gün qara qızıl dünya bazarında 50 dollara civarında satılırdısa bu gün hətta qısa müddətə 47 dollara bərabər olub. Bütün bunların isə bazara ilkin emosionla təsiri olduğu bildirilir. Zamanla bazarda reallığın ortaya çıxacağı və sabitləşmə gözlənilir

Azərbaycan milli valyutasında da dəyişiklik olub. Bu gün 1 dollar son 1 ayın ən yüksək səviyyəsinə çatıb və rəsmi məzənnə 1 manat 53 qəpikdən xeyli uzaqlaşıb. Üstəlik bu gün Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra dünyada dollar möhkəmlənir. Bu isə Azərbaycanda da anoloji prosesi gözləməyə əsas verir.
Banklarda aparılan müşahidələr göstərib ki, əhali arasında ABŞ valyutasına elə də böyük tələbat yoxdur. Bank nümayəndələri də dollara tələbatın kəskin artımının olmadığını deyiblər. Bu isə onu deməyə əsas verir ki, dollar alışını daha çox hüquqi şəxslər və banklar həyata keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam