Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Lənkəran İH-dən şübhəli TENDER: 300 minlik alış-verişin 120 mini hara yoxa çıxır?

Lənkəran Şəhər İcra Hakimiyyəti 2026-cı il ərzində müxtəlif təyinatlı tikinti materiallarının satın alınması üçün 308 840,22 manat məbləğində tender elan edib.

Yenixeber.org: Tender sənədlərinə əsasən, 7 000 ədəd şifer, 230 ton sement, ümumilikdə 320 m³ taxta materialı, 5 000 ədəd mişar daşı, eləcə də 400 ədəd emulsiya və 400 ədəd binderin alınması nəzərdə tutulur.

Satınalma “bir il ərzində tədarük” adı altında həyata keçiriləcək.

Aparılan bazar araşdırması göstərir ki, əsas tikinti materiallarının dəyəri tenderdə nəzərdə tutulan ümumi məbləğlə müqayisədə xeyli aşağıdır.

Belə ki, sementin bazar qiyməti orta hesabla 120–130 manat/ton olmaqla, 230 ton üçün təxminən 28–30 min manat təşkil edir. Taxta materiallarının 1 m³-i bazarda 300–330 manat civarında satılır ki, 320 m³ üçün bu rəqəm təqribən 95–105 min manat edir. 7 000 ədəd şiferin bazar dəyəri isə orta hesabla 45–50 min manat civarındadır. Mişar daşlarının ümumi qiyməti isə təxminən 2 min manatdan artıq deyil. Bu hesablamalara görə, əsas materialların cəmi bazar dəyəri 170–185 min manat aralığında formalaşır.

Material Miqdar Təxmini vahid qiyməti Cəmi
1 Şifer 3mm (təxmini baza) 7 000 ədəd ~6.50 AZN ~45 500 AZN
2 Sement 400m (50 kq-lıq kisə) 230 ton (≈4 600 kisə) ~7.30 AZN ~33 580 AZN
3 Taxta çatı ayağı 150×50 mm (6 m) 120 m³ ~330–340 AZN ~40 200 AZN
4 Taxta dirək 100×50 mm (6 m) 100 m³ ~330–340 AZN ~33 500 AZN
5 Taxta reyka 40×50 mm (6 m) 100 m³ ~330–340 AZN ~33 500 AZN
6 Mişar daşı 0.39×0.19 5 000 ədəd ~0.37 AZN ~1 850 AZN

Beləliklə, tenderin ehtimal olunan qiyməti ilə bazar dəyəri arasında təxminən 120–140 min manatlıq fərq yaranır. Mütəxəssislər hesab edirlər ki, bu fərq əsasən texniki göstəriciləri və keyfiyyət parametrləri açıqlanmayan emulsiya (400 ədəd, 25 kq) və binder (400 ədəd, 4 litr) məhsulları üzərindən formalaşa bilər. Həmin məhsullar üzrə brend, istehsalçı və standartların göstərilməməsi qiymətlərin süni şəkildə artırılması riskini gündəmə gətirir və tenderin şəffaflığı ilə bağlı ictimai suallar yaradır.(yenicag.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam