Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Sülh” firması hansı qurumlarla “sülh” bağlayıb?

“Sülh” firması hansı qurumlarla “sülh” bağlayıb?

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) yeni tender keçirib.

Yenixeber.org: Müsabiqəyə əsasən qurumun tabeliyində olan avtomobillər təmir ediləcək.
Rəsmi qaynaqlarda qeyd edilir ki, bununla əlaqədar AQTİ ilə “SÜLH” MMC arasında satınalma müqaviləsi imzalanıb. Müqavilənin dəyəri isə 118 min 824 manat təşkil edir.
Tribunainfo.az açıq mənbələr üzərindən apardığı araşdırma zamanı tenderin qalibi olmuş “Sülh” firması ilə bağlı maraqlı bir neçə məqamı üzə çıxarıb. Bəlli olub ki, şirkət bu günlərdə FHN-in da keçirdiyi tenderin qalibi olub. Belə ki, nazirliyin Tikintidə Təhlküəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstitutunun da avtomobillərin cari təmiri və texniki xidmətlərin satın alıb. Bu zaman tərəflər arasında 196 min 298 manatlıq anlaşma əldə olunub.
Qeyd edək ki, ötən il də “Sülh” şirkəti fəal olub. Belə ki, MMC 16 tenderin qalibi olub. Bu tenderlərdən isə toplam 1 milyon 876 min 897 manat alıb. Həmin müsabiqələrdən ən çoxu Əmək və Əhalinin Sosial Təminat Nazirliyi və ya onların tabeliyində olan qurumlar olub. Belə ki, son bir ildə bu quruma tabe olan agentliklər və idarələr “Sülh” MMC ilə 6 tender veriblər. Həmin tenderlər üzrə isə ümumilikdə 255 min 951 manatlıq müqavilə bağlayıb.
Qeyd edək ki, “Sülh” şirkəti ilə bağlı açıq mənbələrdə demək olar ki, məlumat yoxdur. Firmanın rəhbəri, harada yerləşdiyi və ya qanuni təmsilçisi ilə bağlı da bilgi əldə etmək mümkün olmayıb.(tribunainfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam