Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Azərbaycan və Türkiyə təbii qaz sahəsində əməkdaşlığa dair Saziş imzalayıb.

Yenixeber.org-un məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün İstanbulda keçirilən “Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması”nın imzalanma mərasimində bildirib.

“Bu gün imzalanan sazişin mənalarından biri odur ki, biz Azərbaycanın enerji ehtiyatlarından, ilk növbədə təbii qazın Türkiyəyə, Türkiyə üzərindən Avropa bazarlarına çatdırmaqla yanaşı, həmçinin Orta Asiyada olan ehtiyatların Türkiyə bazarına və oradan da gələcəkdə dünya bazarına Azərbaycan üzərindən gətirilməsinə töhfə verir”, - M.Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tərəfdaşlığının faydası təkcə iki ölkə ilə məhdudlaşmır, bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verir.

“Türkiyə və Azərbaycan arasında olan münasibətlərin bənzərini tapmaq çox çətindir. Bəlkə də mümkünsüzdür. Bu dostluq, qardaşlıq bütün mövzularda vəhdət münasibətidir.

Çox xoşdur ki, enerji sahəsində olan əməkdaşlığımız bu dostluğun və qardaşlığın sütunlarından biridir. Bu tərəfdaşlıq həm Türkiyə, həm də Azərbaycan üçün olduqca faydalıdır. Lakin onun faydası bizim iki ölkə ilə məhdudlaşmır. Bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verir”, - nazir qeyd edib.

M.Cabbarov xatırladıb ki, Bakı-Tbilisi-Ceyhan boru xətti yalnız Azərbaycanla Türkiyəni bağlamadı, daha geniş mənada Mərkəzi Asiyadan olan qardaş türk dövlətlərini də bu layihəyə onların enerji ehtiyatlarının cəlb edilməsi və bu layihə üzərindən nəql edilməsi ilə türk dünyası birliyinin daha bir təzahürü olub:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam