Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İranın Avropa İttifaqına ixracı xeyli azalıb

İran iqtisadiyyatındakı ağır vəziyyəin əsas səbəbi Tehranın nüvə silahı proqramına cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyalardır. Bu baxımdan, əvvəllər Tehranın əsas ticari partnyorlarından olan Avropa İttifaqı (Aİ) ilə İranın iqtisadi əlaqələrinədə əhəmiyyətli dərəcədə geriləmə qeydə alınıb.
Yenixeber.org: Son 14 ildə İranın Avropa İttifaqına qeyri-neft ixracı 64% azalıb.
“Statistik rəqəmlər İranın Avropa İttifaqına üzv ölkələrə qeyri-neft ixracının 2009-2010-cu illərdə qeydə alınan 2 milyard dollardan 2022-ci ildə 725 milyon dollara endiyini göstərir. İranın Avropa İttifaqına ixracının azalması prosesi 2018-ci ildə ABŞ-ın JCPOA-dan (İranın nüvə problemi ilə bağlı 5+1 formatı) çıxmasından və İrana qarşı sanksiyaların sərtləşdirilməsindən, habelə 2019-ci ilin sonunda Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi və bu birliyə üzv ölkələrin sayının azalmasından sonra başlayıb. Bundan başqa 2020-ci il fevralın 21-də İran hökuməti çirkli pulların yuyulması və maliyyə sistemində zəruri islahatlarla bağlı bəzi qanun layihələrini təsdiqləməkdən imtina etdikdən sonra FATF İranı yenidən öz qara siyahısına salıb”, - məlumatda deyilir.
Avropa Birliyinin statistikası göstərir ki, bu ittifaqın 27 üzvünün İrandan idxalı 2017-ci ildə 10 milyard avrodan çox idisə, 2021-ci ildə 922 milyon avroya qədər enib. Aİ-nin İrana ixracı da bu müddət ərzində 10,5 milyard avrodan 4 milyard avrodan aşağı olub.
Avropa ölkələrinin İranla maliyyə kanalı ilə əlaqə saxlaması nəzərdə tutulsa da, ötən ilin oktyabrında İran-İsveçrə Ticarət palatasının rəhbəri Şərif Nizam Mafi Tehranın İsveçrə ilə xüsusi maliyyə kanalının ləğv edildiyini açıqlayıb. Mafi Məhsa Əmininin ölümü ilə başlayan son xalq etirazlarının iki ölkə arasında ticarətin həcminə mənfi təsir etdiyini vurğulayıb.
İsveçrə Avropa İttifaqının üzvü olmasa da, İranın Avropaya ixrac və idxalının əsas mənbələrindən biridir və Birləşmiş Ərəb əmirlikləri kimi digər ölkələrin mallarının İrana təkrar ixracında əhəmiyyətli rol oynayır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam