Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

SOCAR-ın London, Moskva, Paris və Tokiodakı daşınmaz əmlaklarının dəyəri -FOTO

2022-ci ildə Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gözlənilən gəlir həcmi 144,7 milyon dollar müəyyən edilib.

Yenixeber.org: Bu “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi”ndə qeyd edilib.

2022-ci il üzrə Fondun daşınmaz əmlak üzrə gözlənilən nominal gəlirlilik göstəricisinin 5,2 faizi təşkil edəcəyi müəyyənləşdirilib.

Fondun daşınmaz əmlak alt portfeli ilin əvvəli ilə müqayisədə həcmində cüzi azalma müşahidə edilib, 2021-ci ilin doqquz ayı ərzində gəlirlilik göstəricisi 5,76 faiz təşkil etməsinə baxmayaraq, portfelin strukturuna daxil olan “birbaşa investisiyalar” üzrə mənfi gəlirlilik müşahidə edilib.

Daşınmaz əmlak portfelinin birbaşa investisiyalar alt bölməsində mənfi gəlirliliyə səbəb kimi Londonda yerləşən daşınmaz əmlakın 2018-ci ildə başlayan və hazırda da davam edən təmir işləri və əmlakda icarəçinin olmaması ilə əlaqələndirilib.

Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2 milyard 658,1 milyon ABŞ dolları təşkil edib. Fond London şəhərinin Vest End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 133,8 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 milyard 38,1 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 180,3 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 56,742 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya edib.

 

Bundan əlavə daşınmaz əmlak portfelinə “PGIM”, “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “GreenOak”, “Starwood”, “Angelo, Gordon & CO” və “FLE SICAV-FIS” tərəfindən idarə olunan fond investisiyaları; “PGIM”, “Walton Street”, “Gaw Capital”, “Blackstone”, “KIC” və “AroundTown” ilə birlikdə müştərək investisiyalar daxil olub.

Qeyd edək ki, 2021-ci ilin doqquz ayı ərzində əmlak portfelinin gəlirlilik göstəricisi 5,8 faiz təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam