Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Putin dollardan imtina etməklə Rusiyanı xilas edə biləcəkmi?-ŞƏRH

 

   "Rusiyanın avrolaşma qərarı əslində sanksiyalardan yayınmaq üçün hər hansı bir əsas yaratmır".

Yenixeber.org: Bunu iqtisadi ekspert Rəşad Həsənov Rusiyanın "avronun lehinə” dollardan imtina etmək qərarını şərh edərkən deyib. Ekspert hesab edir ki, faktiki olaraq sanksiyalar hansı valyuta növü ilə əməliyyat həyata keçirirsə-keçirsin, burada valyuta növü vacib məsələ deyil:

 

"Söhbət hesabların dondurulmasından, iqtisadi əməkdaşlıqdan, layihələr çərçivəsində texniki yardımdan söhbət gedir. Burada Rusiya avrolaşma qərarı qəbul etməklə bu sanksiyalardan yayına bilmir. Sanksiyalar öz yerində qalacaq. Məsələ sadəcə Rusiyanın hansısa formada, yəni ABŞ-a qarşı öz mövqeyini sərgiləməsidir. Burada daha birinci dərəcəli dönərli valyuta olan dolların hansısa formada mövqeyinin zəiflədilməsinə istiqamətlənmiş bir qərar kimi də şərh oluna bilər. Rusiya buna cəhd edir. Qısamüddətli dövrdə qərar müəyyən bir bazarda çalxalanmalara gətirib cıxara bilər. Müəyyən investorlar çəkinə bilərlər, dolların gələcək məzənnəsinin zəifləməsindən qorxaraq öz investisiyalarını başqa valyutlara, o cümlədən avroya yönəldə bilərlər. Bu da dolların məzənəsinin zəiflədilməsinə gətirib cıxarda bilər. Amma düşünmürəm ki, orta və uzunmüddətli dövrdə bu texnologiya işləsin. Çünki avroya münasibətdə dolların arxasında daha güclü iqtisadiyyat, eyni zamanda daha çevik idarəetmə mexanizmləri durur".

 

 

Rəşad Həsənov qeyd edib ki, avroda situasiya nisbətən fərqlidir:

"Bu, birliyin valyutasıdır. Burada 19 ölkə təmsil olunur. Orta və uzunmüddətli dövrdə sağlam yatırımçılar bu riskləri nəzərə laraq dollarda öz mövqelərini qoruyub saxlayacaqlar. Düşünmürəm ki, Rusiyanın qəbul etdiyi qərar böyük təsir göstərəcək. Çünki bu gün dollar beynəlxalq ticarətin 67-72 %-ni əhatə edir. Burada trilyonlardan söhbət gedir". 

Ekspert hesab edir ki, biznes bu qərara əməl etməyəcək:

"Hələ də beynəlxalq ticarətdə valyuta növü dollardır. Risklər aşağıdır. Xüsusi ilə də bazarda trendlər formalaşanda, dolların möhkəmənməyə başladığı dövrdə Rusiya biznesin öz aktivlərini dollarlaşdırılması cəhdlərinin qarşısını ala bilməyəcək. Çünki bazar iqtisadiyyatıdır".

 

Qeyd edək ki, Rusiya "avronun lehinə” dollardan imtina etmək qərarı verib. Bu barədə Dövlət Dumasında bu gün Rusiya Federasiyası Maliyyə Nazirliyinin Xarici Məhdudiyyətlərə Nəzarət Departamentinin direktoru Dmitri Timofeyev açıqlamasında deyib.(qaynarinfo)

Bahar Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam