Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Böyük Britaniyada -üç əsrin ən böyük iqtisadi tənəzzülü yaşanır

Böyük Britaniyada üç əsrin ən böyük iqtisadi tənəzzülü yaşanır

Böyük Britaniyada bu ildə son 300 ilin ən böyük iqtisadi tənəzzülü, həmçinin dinc dövr üçün ən böyük dövlət borclanma həcmi qeydə alınacaq.

Yenixeber.org: Xəzinə kansleri Rişi Sunak tərəfindən ötən axşam parlamentdəki çıxışı zamanı qeyd etdiyi kimi, Büdcə Məsuliyyəti Ofisinin (OBR) proqnozuna görə, 2020-ci ildə koronavirus epidemiyasının fəsadları nəticəsində ölkə ÜDM-si 11,3 faiz azalacaq, dövlət borclanmasının həcmi də mart ayında başa çatan cari maliyyə ilində ÜDM-nin 20 faizinə yaxını qədər olan 394 milyard funta çatacaq.

Proqnoza görə, ölkə iqtisadiyyatı yalnız 2022-ci ilin sonunda böhrandan əvvəlki vəziyyətə qayıdacaq.

Qeyd edək ki, Böyük Britaniya hökuməti koronavirus epidemiyasının səbəb olduğu böhrana qarşı 895 milyard funt həcmində xüsusi proqram həyata keçirir və müvafiq vəsait cəlb etmək üçün böyük həcmdə borclanmaya gedir.

Həmçinin R.Sunak tərəfindən təqdim edilən dövlət məsrəfləri proqramında 2021-2022-ci illər ərzində infrastruktur layihələrinə 27 milyard funt həcmində sərmayə yatırımları nəzərdə tutulur ki, bununla da ölkədə məşğulluğu qoruyub saxlamaq hədəflənir. İşsizliyin 7,5 faiz pik səviyyəsinə gələn ilin ikinci rübündə çıxacağı, sonradan azalacağı gözlənilir. Bununla yanaşı xarici ölkələrə yardımların ÜDM-nin 0,7 faizindən 0,5 faizinədək ixtisar ediləcəyi, tibb işçiləri istisna olmaq şərtilə ölkədəki 1,3 milyon dövlət qulluqçunun məvaciblərinin gələn il dondurulacağı, eyni zamanda, 250 funtdan az olmayacağı da diqqətə çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam