Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda koronavirusa görə baş tutmayan beynəlxalq yarışlar -SİYAHI

İlin ilk yarısında Azərbaycanda keçirilməsi planlaşdırılan bəzi beynəlxalq yarışlar baş tutmayıb.

Yenixeber.org: Koronavirus pandemiyası səbəbindən onların bir neçəsi ləğv edilib, digərləri isə təxirə salınıb.

Ləğv edilən və ya təxirə salınan yarışların siyahısı:

12 - 15 mart. İdman gimnastikası üzrə Dünya Kuboku: Yarış təsnifat mərhələlərindən sonra martın 13-də yarımçıq dayandırılıb. Beynəlxalq Gimnastika Federasiyasının qərarına əsasən, seçmə mərhələnin nəticələri yekun hesab olunub və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verilib.

25 - 29 mart. Karate üzrə Avropa çempionatı: 2020-ci il üçün Avropa çempionatı ləğv edilib. Əvəzində Azərbaycan Milli Karate Federasiyası 2022-ci ildə eyni yarışa ev sahibliyi etməyə müsbət cavab verib.

 

 

17 - 19 aprel. Bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir: Beynəlxalq turnir koronavirus pandemiyasına görə bu il baş tutmayacaq.

24 - 26 aprel. Bədii gimnastika üzrə Dünya Kuboku: Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarış təxirə salınıb və 2021-ci il 7 - 9 mayda olacaq.

8 – 10 may. Cüdo üzrə Böyük Dəbilqə: Yarış mart ayında təxirə salınıb, yeni tarix açıqlanmayıb.

Mayın ortalarında keçirilməsi planlaşdırılan paracüdo üzrə Qran-priBeynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə əldə olunan razılığa əsasən, turnir 2021-ci ilin mayında baş tutacaq.

8 – 20 may Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları YarışlarıTurnir təxirə salınıb, yeni tarix bəlli deyil.

14 - 16 mayAerobika gimnastikası üzrə dünya çempionatı: Beynəlxalq Gimnastika Federasiyası yarışın təxirə salındığını və 2021-ci ildə olacağını açıqlayıb. Dəqiq tarix hələ ki, bəlli deyil.

27 - 31 may. İdman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı: Yarış bu il 9 - 13 dekabrda olacaq. Bununla yanaşı, 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə keçirilməli olan qadınlar arasında qitə çempionatı Bakıya həvalə edilib, 17 - 20 dekabrda baş tutacaq. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

 

 

İyunun əvvəlində AVRO-2020 ərəfəsində futbol üzrə Azərbaycan millisinin bir neçə yoldaşlıq görüşləri baş tutmayıb (Rəqiblər dəqiqləşdirilməyib)

5 - 7 iyun“Formula 1” üzrə Azərbaycan Qran-prisi: Bakıdakı "Formula 1" yarışı martın 23-də koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Qran-prinin ləğv edildiyini rəsmən açıqlayıb.

12 iyun – 4 iyul. Futbol üzrə Avropa çempionatının Bakıda təşkili nəzərdə tutulan 4 oyunu: 12 iyun - 12 iyulda keçirilməsi planlaşdırılan AVRO-2020 2021-ci ilə təxirə salınıb. Yarış 11 iyun – 11 iyulda olacaq.

22 iyun - 3 iyul. Stend və güllə atıcılığı üzrə Dünya Kuboku: Bakıdakı Dünya Kuboku apreldə ləğv olunub.

Bundan başqa ilin ikinci yarısı üçün də bəzi yarışların təxirə salınacağı gözlənilir:

 

 

İyulun əvvəli. Futbol üzrə Azərbaycan klublarının 2020/2021 mövsümü üçün avrokubok oyunları: Ölkə çempionatlarında mövsüm başa çatmadığı üçün avrokubok matçları gerçəkləşməyib. Yeni tarixlər 17-18 iyunda keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasından sonra bəlli olacaq. 

3 sentyabr – 15 noyabr. Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunları: Yarışın yeni tarixi iyunun 17-18-də UEFA İcraiyyə Komitəsinin iclasından sonra bəlli olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam