Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Neftçi”nin cəncəli, Yakovlevin dirənişi, Əliyevin müdaxiləsi – Banişevski və komanda ağır cəzadan necə qurtulub?

Dünyanın futbol tarixi maraqlı hadisələrlə zəngindir. O cümlədən keçmiş SSRİ-nin yaşıl meydançalarında da durğunluq hökm sürməyib. Hətta bəzən stadiondakı oyunlar Kremldə “davam edib”.

Yenixeber.org: SSRİ-də 1970-1971-ci il futbol mövsümü Bakının “Neftçi” komandası üçün sınaq dövrü olub. Çünki komandanın taleyi Kremldə müzakirəyə çıxarılıb.

Güclülər dəstəsində təmsil olunan “Neftçi” həmin mövsümdə Bakıda Daşkəndin “Paxtakor” komandası ilə görüşəndə kobud oyuna görə artıq ciddi xəbərdarlıq almışdı. Əslində komanda bundan nəticə çıxarmalı idi. Amma hər şey əksinə olub...
“Neftçi” növbəti oyununu Rostovda yerli OİK (Ordu İdman Klubu) komandası ilə keçirib. Birinci hissə “sülh” şəraitində, bir top fərqi ilə bakılıların xeyrinə sona çatıb. İkinci hissədə bir dəqiqə ərzində OİK “Neftçi”nin qapısından iki top keçirib. Elə bundan sonra da yaşıl meydança “döyüş meydanı”na çevrilib.

“Neftçi”nin qapıçısı Sergey Kramarenko hakimlərdən narazı qalaraq oyunun baş hakimi Yuri Balıkinin üstünə cumaraq ona iki ağır zərbə endirib. Komandanın digər oyunçusu Rafiq Quliyev güclü zərbə ilə topu yaşıl meydançadan uzaqlara “uçurub”, “Neftçi”nin daha bir oyunçusu Aleksandr Mirzoyan nümayişkaranə şəkildə yan hakimin üzünə tüpürüb. Komandanın kapitanı Anatoli Banişevski oyunçuları matçı yarımçıq qoyub stadionu tərk etməyə çağırıb.

Qarşılıqlı ittihamlar əlbəyaxa davaya çevrililəndə milisin müdaxiləsi ilə hər iki komandanın futbolçuları və hakimlər stadionu tərk ediblər.

Baş vermiş hadisə SSRİ Futbol Federasiyasında müzakirəyə çıxarılıb. Federasiya “Neftçi”yə qarşı sərt cəzalar tətbiq edib. Bu cəzalarda komandanın son 3 oyuna buraxılmayaraq texniki məğlubiyyət verilməsi, Sergey Kramarenkonun, Rafiq Quliyevin, Aleksandr Mirzoyanın 3 il, Anatoli Banişevskinin isə 1 il müddətinə diskvalifikasya edilməsi, yəni yaşıl meydana çıxması qadağası öz əksini tapıb.

Təbii ki, nə komanda, nə də Azərbaycan rəhbərliyi federasiyanın bu sərt qərarları ilə barışa bilməyib. Məsələyə ilk olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Sergey Kozlov müdaxilə edib. O, SSRİ Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin rəhbərliyinə cəzaların yumaşıldalması ilə bağlı yazılı müraciət edib. Öz növbəsində komitə Kremlə, Mərkəzi Komitəyə Sergey Kozlovun müraciəti ilə bağlı məlumat verib.

Sonralar Siyasi Büronun üzvü, Mərkəzi Komitənin katibi olan Aleksandr Yakovlev həmin dövrdə Mərkəzi Komitədə təbliğat şöbəsinin müdiri vəzifəsini icra edib. İdman komitəsindən Bakının müraciətini məhz ona göndəriblər. Mövcud dövrdə artıq kifayət qədər siyasi çəksi olan Yakovlev müraciəti rədd edərək Futbol Federasiyasının cəzalarla bağlı qərarını haqlı sayıb.
Bundan sonra mübahisə müstəvisində daha ağır çəkili siyasətçilər görünməyə başlayıb. Məsələdən agah olan Azərbaycanın birinci katibi Heydər Əliyev əvvəlcə Mərkəzi Komitənin ümumi işlər şöbəsinin müdiri Konstantin Çernenko ilə telefon əlaqəsi yaradıb. Qeyd edək ki, həmin dövrdə Çernenkonun əsas vəzifələrindən biri Leonid İliç Brejnevə ünvanlanan məktubları, müraciətləri məzmununa, vacibliyinə görə kriteriyalara ayıraraq baş katibə təqdim etmək olub. Heydər Əliyev Çernenkodan xahiş edib ki, Brejnevə göndərəcəyi məktubu vaxtında baş katibə çatdırısın.

Heydər Əliyev məktubda aşağıdakıları qeyd edib:
“Diqqətinizə çatdırmaq istəyirəm ki, “Neftçi” komandasının son oyunlardan məhrum edilməsi sosial partlayışa səbəb ola bilər. Futbol Federasiyasının komanda ilə bağlı sərt qəraları əhalidə, xüsusilə də gənclər arasında böyük narazılıq yaradıb ki, bu da xoşagəlməz fəsadlar törədə bilər. Onu da qeyd edim ki, artıq Neft Daşlarının bəzi fəhlələri də etiraz əlaməti olaraq işə çıxmaqdan imtina ediblər...”

Təbii ki, birincilərin müzakirəsi çərçivəsində Aleksandr Yakovlevin inadkarlığı heç yada da düşməyib. Heydər Əliyevin problemi belə formada təqdim etməsi “Neftçi”ni cəzalardan xilas edib. Azərbaycanın birinci katibi Mərkəzi Komitənin şöbə müdirinə asanlıqla qalib gəlib. Komanda güclülər dəstəsindəki son 3 oyunda iştirak edib və həmin mövsümdə 9-cu pillədə qərarlaşıb.

Sonralar Aleksandr Yakovlev öz müsahibələrində bu hadisə ilə bağlı bir neçə dəfə fikirlərini bölüşüb, Heydər Əliyevin hadisəni bu cür qabartmasını onun siyasi peşəkarlığı kimi qiymətləndirib.

Əslində isə güman ki, Əliyevin Brejnevə məktubunda real durumu şişirtmə olmayıb. O vaxtlar milyonlarla azarkeş “Neftçi”nin udub-uduzmasını günlərlə müzakirə edir, hakim səhvlərini isə bağışlamırdılar və bu cür ədalətsiz məğlubiyyətlərdən sonra Bakıda stadionda iğitşaşlar törənməsi faktları olmuşdu. (Müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam