Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

XII Qış Paralimpiya Oyunlarının Açılış mərasimi keçirilib

 

 Cənubi Koreyanın Pxençxan şəhərində XII Qış Paralimpiya Oyunlarının Açılış mərasimi keçirilib

 

Yenixeber.org: Tədbir Olimpiya stadionunda baş tutub. On gün ərzində keçiriləcək yarışlarda 6 idman növü – biatlon, dağ xizəyi idmanı, xizəksürmə, snoubord, kirşə üzərində hokkey və əlil arabaları ilə körlinq üzrə 80 dəst medal sahibini tapacaq.

Azərbaycan idmançılarının iştirak etməyəcəyi Oyunlarda yarışlar üç kateqoriya üzrə - görmə əngəli olanlar, məsafəni ayaq üstə dəf edə bilənlər və əlil arabaları ilə mübarizə aparanlar arasında təşkil ediləcək.

Daha çox medal dağ xizəyi idmanında olacaq – 30 dəst. İdmançılar sürətli eniş, slalom, böyük slalom, supernəhəng slalom və kombinasiya üzrə yarışacaqlar. Xizəksürənlər sprint, qarışıq və açıq estafetlərdə, eləcə də 7.5 km, 10 km, 12 km, 15 km və 20 km məsafələrə yürüşlərə qatılacaqlar. Biatlon növündə kişilər arasında 7.5 km, 12.5 km və 15 km, qadınlarda isə 6 km, 10 km və 12.5 km məsafələrə yarışlar planlaşdırılıb.

Kirşə üzərində hokkey yarışları kişilər arasında olacaq. Əlil arablarında körlinq üzrə isə kişi və qadınların yer alacağı qarışıq komandalar mübarizə aparacaqlar.

XII Qış Paralimpiya Oyunlarında rekord sayda - 49 ölkədə 567 idmançı iştirak edəcək. Gürcüstan, Tacikistan və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilk dəfə olaraq Oyunlarda təmsil olunacaq. Rusiya idmançıları isə diskvalifikasiya ilə əlaqədar neytral statusda – Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirak edəcəklər. Bununla yanaşı, Rusiyanın kirşə üzərində hokkey komandası yarışlardan kənar qalacaq.

Qeyd edək ki, XII Qış Paralimpiya Oyunlarının Bağlanış mərasimi martın 18-də keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam