Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

2018-ci il Qış Olimpiya Oyunlarında bizi kim təmsil edəcək?

2018-ci il Qış Olimpiya Oyunlarında bizi kim təmsil edəcək?

Azərbaycanı 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında təmsil ecəcək idmançı müəyyənləşib

 

Yenixeber.org:  Azərbaycan Dağ Xizəyi Federasiyasının rəsmisi Afaq Zeynalovanın Report-a verdiyi məlumata görə, bu, Patrik Braxnerdir.

Avstriyalı legioner kişilər arasında slalom və böyük slalom yarışlarında çıxış edəcək. 25 yaşlı idmançı karyerasında ikinci dəfə olimpiadaya qatılacaq. O, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da iştirak edib. Həmin vaxt böyük slalom növündə 53-cü yeri tutmuş Braxner slalomçuların mübarizəsində finişə çata bilməyib.

O, qarşıdakı olimpiadaya lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində əldə edib. 

A.Zeynalovanın sözlərinə görə, Braxnerin bu yaxınlarda şəxsi problemi ortaya çıxdığından, Pxençxana yollanması sual altına düşmüşdü. Nəticədə federasiya andorralı Robert Solsonanı olimpiadaya yollamaq istəyib. Lakin Braxner problemini artıq yoluna qoyduğunu və Cənubi Koreyada çıxış etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 9-25 fevral 2018-ci ildə keçiriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam