Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Qarabağ”a beş milyon avro qazandıran Kadi “Krasnodar”a getməsinə peşman olmayıb ki?

 

“Qarabağ” azarkeşlərinin hələ də unutmadığı Kadi Borgesin Rusiyadakı işləri pis getmir. Azərbaycanda məşhurlaşaraq bu ilin əvvəlində beş milyon avro qarşılığında “Krasnodar”a transfer olunan braziliyalı yarımmüdafiəçinin formasının geyindiyi komanda təəccübləndirməkdə davam edir.

Yenixeber.org xəbər verir ki, “20 nömrə” ötən mövsümün ikinci yarısında Premyer Liqada yeddi oyunda meydana çıxıb, üç qol və bir məhsuldar ötürmə ilə yadda qalmışdı. Ölkə kubokunda isə şans qazandığı dörd qarşılaşmada iki dəfə fərqlənmişdi.

Krasnodarın eyniadlı təmsilçisi 15 turdan sonra topladığı 32 xalla turnir cədvəlinə liderlik edir.

Azərbaycanlı futbolsevərləri maraqlandıran suallardan biri Kadinin “Krasnodar” üçün nə dərəcədə vacib fiqur hesab edilməsi və hansı göstəricilərlə yadda qalmasıdır?

Ötən ilin aprelində aldığı ağır zədəyə görə uzun müddət yaşıl meydanlardan kənar qalan Borges ötən mövsümün sonunu boşa verib yeni sezona hazır olmaq üçün müalicə alıb.

Baş məşqçi Valdimir İliç zədədən yeni qayıdan Kadiyə qarşı ehtiyatlı davranmalı idi ki, braziliyalı bu səbəbdən cari mövsümün ilk oyunlarında əvəzetmədən meydana daxil olurdu.

Lakin zaman keçdikcə “11-lik”dəki yerini qaytaran sabiq “Qarabağ”lı ötən günlərini xatırlatmağa başladı. Hazırda “Krasnodar”ın lider kürsüsündə əyləşməsində onun əməyi heç də az deyil.

O, cari Premyer Liqa mövsümündə 14 oyunda meydanda olub, bunların yeddisində əsas heyətdə yer alıb. Assist müəllifi olmasa da, iki dəfə adını qol müəllifi kimi tabloya yazdırıb.

Ölkə kubokunun altı matçında şans qazanıb. Birində “11-lik”də olub, digər hallarda əvəzetmədən meydana daxil olaraq iki qol və bir məhsuldar ötürmənin müəllifi olub.

Kadi 2023-cü ildə “Krasnodar”ın formasında meydana çıxdığı 31 qarşılaşmada yeddi qol və iki assistlə yadda qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam