Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir-FOTOLAR

 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində Rusiya nümayəndə heyətinin Bakıya səfəri davam edir.
Akademiyadan Yenixeber.org-a verilən məlumata görə, mayın 30-da ASAPES-də səyyar modul çərçivəsində rusiyalı tələbələrə beynəlxalq dərəcəli mütəxəssis, “RESULT Sports” şirkətinin baş direktoru Mario Leo tərəfindən “İdman marketinqi” modulu tədris edilib, mövzu çərçivəsində marketinq  fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesi, rəqəmsal marketinqin əsas məqsədi, markanı, məhsulu və ya xidməti internet vasitəsilə tanıtmaq mövzuları dərindən oyrədilib.
Daha sonra modul iştirakçıları Bakı Atıcılıq Mərkəzini ziyarət edərək idmançıların məşq prosesini izləməklə yanaşı, güllə və stend atıcılığı növləri üzrə yarışların təşkili və keçirilməsi reqlamenti, eləcə də Mərkəzin idarəetmə sistemi ilə tanış olublar. Onlara güllə atıcılığı növü üzrə 10, 25, 50 və 300 metr məsafəyə atəş açma növləri üzrə yarışların keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib.
Modul iştirakçıları güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları ilə də tanış olublar. Bundan başqa, qonaqlar Bakı Atıcılıq Mərkəzində peşəkar təlimatçıların nəzarəti altında test atışları da həyata keçiriblər.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam