Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

ASAPES-də əcnəbi müəllimlərin tədrisə cəlb olunması davam etdirilir -FOTOLAR

 
Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası Sosial Elmlər İnstitutunun “İdarəetmə psixologiyası” kafedrasının baş müəllimi Yevgeniya Topoleva 2022/2023-cü tədris ili çərçivəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramına uyğun olaraq kadr hazırlığına başlayıb.
Yenixeber.org: Rusiyalı mütəxəssis noyabrın 14-dən 19-dək tələbələrə tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr ixtisası üzrə “Heyətin idarə edilməsi və liderlik” fənnini tədris edib.

ASAPES-də britaniyalı professorun tədris prosesi keçirilib. Böyük Britaniyanın İdman və Fiziki Fəaliyyət Elmləri Assosiasiyasının (BASES) “Sağlamlıq üçün fiziki aktivlik” bölməsinin rəhbəri (2003–2007), Böyük Britaniyanın “Ürək­-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası” Assosiasiyasının (BACPR) prezidenti (2009–2011), Beynəlxalq “Ürək­-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası” Assosiasiyasının (İCCPR) qurucusu və rəhbəri (2012–2016), Ürək-damar xəstəliklərinin Profilaktikası və Reabilitasiyası üzrə Beynəlxalq Nizamnamənin həmmüəllifi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Ürəyin işemik xəstəliyinin reabilitasiyası” üzrə məsləhətçi qrupunun üzvü, İngiltərənin Kil (Keele) Universitetinin professoru Jon Pol Bakli həkimlər üçün ingilisdilli “İdman Tibbi və Reabilitasiya” proqramının magistrantlarına “Kardioloji və nevroloji reabilitasiya” fənninin tədrisini həyata keçirib.
Noyabrın 16-da başlamaqla 5 gün davam edən modulun tədrisi zamanı kardioloji və nevroloji reabilitasiyanın aparılmasının xüsusiyyətləri, reabilitasiyaya göstərişlər və əks-göstərişlər, beynəlxalq praktikada istifadə edilən yeni yanaşmalar və alternativlər barədə geniş müzakirələr aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam