Redaktor seçimi
İsveç NATO-ya girmək istəmirmi? -
Qorxulu Tehran:
General İsmayıl Hüseynov bu sahədə monopoliya yaradır -
İkinci 44 günlük “savaş” -
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon –
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -
Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" -
Paşinyan Rusiyanı qovub, Qərbi gətirir -
Günün xəbəri

Futbol agenti:"Həmin səhvi Şahruddinin xarakteri ilə əlaqələndirərdim"

 

"Təəssüf ki, rəqib qolu hansısa planlı hücumun nəticəsində yox, fərdi səhvdən sonra vurdular. Həmin səhvi isə əvvəllər də bunu bir neçə dəfə təkrarlamış Şahruddin Məhəmmədəliyev etdi. Bunu onun hansısa qapıçı keyfiyyətləri ilə deyil, xarakteri ilə əlaqələndirərdim".

Yenixeber.org: Bunu açıqlamfutbol eksperti, menecer Səbuhi Səfiyarlı "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Fransada "Nant"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda etdiyi kobud səhv barədə danışarkən deyib

O bildirib ki, "köhlən atlar"ın çıxışı haqqında neqativ nəsə demək düzgün olmaz: "Çünki oyun planında rəqibə uduzmadı. İlk dəqiqələrdən planları bəlli idi. Hər şey istədikləri kimi davam edirdi. Bakıdakı oyundan fərqli, topu rəqibə verməmişdilər. Dominant futbol sərgiləyir, topa sahib olmaqla, ardıcıl hücumlar təşkil edirdilər. "Nant"ın bütün hücum elementlərinin qarşısını almışdılar. Rəqibin qol vuracağı görünmürdü. Hər şey nəzarət altında idi. "Qarabağ" hücuma istədiyi kimi çıxırdı. Bir sözlə, buraxılan qoladək hər şey nəzarətdə idi. Amma həmin qol təkcə tablodakı hesabı yox, bütün planları dəyişdi. Bundan sonra meydan sahibləri irəlidə pressinqi dayandırdı və gücü "Qarabağ"ın aparıcı hücum oyunçularını dayandırmağa sərf etdi. Ona görə də Kadi Borges və Filip Ozobiçi əvvəlkitək effektiv görə bilmədik. Rəqib heç bir boşluq vermirdi. Qoldan sonra "Qarabağ"ın futbolçuları çətinlik çəkməyə başladılar".

Səfiyarlının sözlərinə görə, Məhəmmədəliyev lazımi anda soyuqqanlı ola bilməyib: "Qolkiper bir neçə dəfə bunu göstərib. Bəzən ehtiyatda qaldığı oyunlarda belə, meydanda baş verən hər hansı hadisəyə olduqca çılğın reaksiya verib. Emosiyalarını saxlaya bilmir. Elə yaşdadır ki, artıq hisslərini cilovlamağı, soyuqqanlı olmağı bacarmalıdır. "Qarabağ"ın vurduğu qolda da gördük ki, bu cür oyunlarda səhvi bağışlamırlar. "Köhlən atlar" da rəqibin səhvindən sonra penalti qazandı və fərqləndi. Odur ki, bu səviyyədə minimum səhvə yol vermək lazımdır. Şahruddinin vacib məqamlarda soyuq başla düşünə bilməməsi onun əleyhinə işlədi. Eyni şey Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda da baş vermişdi. Birdən-birə emosiyalarını cilovlaya bilmədi və meydanda olanlara qeyri-dəqiq reaksiya verdi. Bir neçə dəfə mərkəzdən ötürmə ilə hücuma çıxmışdılar. Düşündü ki, bu hal eyni cür davam edəcək. Halbuki rəqib artıq "Qarabağ"ın topu oyuna necə daxil edəcəyini başa düşmüşdü. Təxminən o istiqamətdə pusqu qurmuşdu".

Futbol eksperti deyib ki, "Nant" "Qarabağ"dan üstün oynasaydı, məğlubiyyətə başqa səbəb axtarmaq olardı: "Sadəcə, bir oyunçunun soyuqqanlı ola bilməməsi həmin qolu gətirdi. Yenə də başa düşmək lazımdır ki, bizim rəqibimiz "Nant" komandası idi. Fransa çempionatında çıxış edir. Bu səviyyəli futbolçularla "Qarabağ" hər həftə üz-üzə gəlmir. Bunlar hamısı təcrübədən irəli gələn şeylərdir. Ona görə günahkar axtarmaq istəmirəm. Bu, "Qarabağ"ın bizə verdiyi güvəndir ki, "böyük beşlik" təmsilçisinə qarşı matçda məğlubiyyəti qəbul etmək istəmirik. Komandanın pley-offa çıxmaq şanslarını son tura saxlaması da böyük hadisədir. Hər şey öz əlimizdədir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam