Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Şirvanda kross və gimnastika üzrə respublika yarışlarının bölgələr üzrə mərhələsi keçirilib -FOTOLAR

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 4-də Şirvan şəhər Olimpiya İdman Kompleksində gənclər arasında "Sağlam bədəndə sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının bölgələr üzrə mərhələsinə start verilib. Tədbirdə Daxili İşlər Nazirliyinin, Şirvan Şəhər Polis Şöbəsinin və Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yenixeber.org: Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilb. Daha sonra isə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı polis polkovnik-leytenantı Zaur Məcidov və digər iştirakçılar ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, keçirilən yarışların əsas məqsədi  gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsidir.

Çıxışlardan sonra yarışlara start verilib və hər bir iştirakçıya uğurlar arzulanıb. 30 nəfər gənc yarışların proqramında müəyyən olunan marşrut üzrə 1000 metr məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış ediblər.

Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam