Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

İslamiadanın üçqat mükafatçısı:"Əsas rəqibim özüməm"

 

"İdmanda fiziki cəhətdən güclü olmaq əsas deyil. Burada nizam-intizam, mənəvi hazırlıq, qələbə istəyi az rol oynamır. Səhvlərimi qəbul etdim, hazırlaşdım və məqsəd yalnız qələbə idi. Asan olmadı, amma bacardım, özümə qalib gəldim. Çünki əsas rəqibim özüməm".

Yenixeber.org: Bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1 dəst medal qazanan Azərbaycanın idman gimnastı İvan Tixonov özünün instaqram səhifəsinə yazıb.

26 yaşlı idmançı bildirib ki, ürəyimdə Azərbaycan bayrağı, sinəsində isə gerblə çıxış edir: "Çətin qələbəmi bu gözəl ölkəyə, möhtəşəm Azərbaycan xalqına həsr etmək istəyirəm".

O, təkcə idman gimnastikasında deyil, bütün idman növlərində yaradılmış şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib: "Mən həmişə hiss etmişəm və bilirəm ki, sizdən təkcə məşqlərdə deyil, həm də yarışlarda necə dəstək gəlir! Sizin sayənizdə idmançılar beynəlxalq arenada özlərini inamlı və adekvat şəkildə sübut edə bilirlər"!

Tixonov sonda şəxsi məşqçisi Sergey Şestyorkinə və ona dəstək olan hər kəsə təşəkkür edib: "Mənə inandığınız, hər zaman yanımda olduğunuz üçün minnətdaram. Gələcəkdə hər şey daha yaxşı olacaq".

Qeyd edək ki, İvan Tixonov İslamiadada dayaqlı tullanmada qızıl, çoxnövçülükdə gümüş, turnikdə hərəkətlərdə isə bürünc medal qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam