Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Kristian Eriksen "Tottenhem"ə qayıda bilər

Kristian Eriksen Tottenhemə qayıda bilər

       Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən İngiltərə "Tottenhem"ində çıxış edə bilər.

Yenixeber.org: Məlumata görə, bu barədə London klubunun baş məşqçisi Antonio Konte "Standard" nəşrinə açıqlama verib.

O bildirib ki, 30 yaşlı yarımmüdafiəçini yenidən komandasında görmək istəyər: "Eriksen, həm əla futbolçu, həm də yaxşı insandır. Yenidən futbol oynaya biləcəyinə sevindim. Düşünürəm ki, klubun qapısı hər zaman onun üzünə açıqdır".

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Son klubu İtaliya "İnter"i olan Eriksen karyerasının ən yaxşı vaxtlarını 2013 - 2020-ci illərdə formasını geyindiyi "Tottenhem"də keçirib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam