Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

"Formula 1":"Mercedes" sponsorluq müqaviləsini qalmaqalla əlaqədar pozub

 

"Formula 1"də çıxış edən "Mercedes" komandası "Kingspan" tikinti materialları şirkəti ilə Səudiyyə Ərəbistanı Qran-prisindən əvvəl bağladığı müqavilədən imtina edib.

Yenixeber.org: Səbəb həmin şirkətlə sponsor əməkdaşlığının Böyük Britaniyada qalmaqalla qarşılanmasıdır. Birləşmiş krallıqda hesab edilib ki, məhz "Kingspan"ın istehsal etdiyi materiallar 2017-ci ildə baş vermiş faciənin səbəblərindəndir. Həmin vaxt Londonda "Qrinfell Tauer"in binasındakı yanğın nəticəsində 72 nəfər ölüb.

Faciə qurbanlarının yaxınları və qəzadan sağ çıxanlar "Mercedes"in rəhbəri Toto Volfa məktub yazaraq, "Kingspan"la sözləşmənin pozulmasını tələb ediblər. Britaniyalı nazir Maykl Qou da müqaviləyə yenidən baxılmasını xahiş edib.

Qeyd edək ki, dekabrın 5-də keçirilmiş Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam