Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Dünya çempionatında iştirak edəcək -Azərbaycan boksçuları bəlli olub

Dünya çempionatında iştirak edəcək Azərbaycan boksçuları bəlli olub

Oktyabrın 24-dən noyabrın 6-dək Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı keçiriləcək.

Yenixeber.org: Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, mindialda Azərbaycan milli komandası da iştirak edəcək.

Məşqçilər korpusu dünya çempionatında 9 boksçuya şans verəcək. Yığmamızın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) qüvvəsini sınayacaq.

Oktyabrın 21-də səfərə yollanacaq komandamız təlim-məşq toplanışını son günədək davam etdirəcək.

Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçunun iştirakı gözlənilir. 2,6 milyon dollar mükafatı fondu olacaq mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam