Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Millimiz Xorvatiyaya uduzdu-5:1

 

Millimiz Xorvatiyaya böyük hesabla uduzdu
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Yenixeber.org: Millimiz Xorvatiya ilə üz-üzə gəlib. Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiyalıların heyətində Roko Şimiç het-trik edib. 18 yaşlı hücumçu 9-cu, 13-cü və 44-cü dəqiqələrdə fərqlənib. Digər 2 qolu 25-ci dəqiqədə Nikola Soldo, 81-ci dəqiqədə isə Yosip Şutalo vurublar. Azərbaycan millisinin heyətində isə yeganə qola 55-ci dəqiqədə Musa Qurbanlı imza atıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xallarını 12-yə çatdıran Xorvatiya isə liderliyə yüksəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam