Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Millimiz İrlandiyaya məğlub oldu- YENİLƏNİB

 

Azərbaycan millisi İrlandiyaya məğlub oldu- YENİLƏNİB
Oktyabrın 9-da futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan millisi İrlandiya yığmasını qəbul edib.
Yenixeber.org: Mllimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Höccət Haqverdi, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov, Anton Krivotsyuk və Filip Ozobiç yer alıblar.

İrlandiya yığmasının heyətində isə meydana Gevin Bazunu, Mett Doerti, Şeyn Daffi, Con İqan, Joş Kullen, Kallum Robinson, Adam İdah, Ceyms Makkleyn, Ceff Hendrik, Deril Horqan və Endryu Omobamidele çıxıblar.

Norveçli baş hakimi Espen Eskasın idarə etdiyi oyun İrlandiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib komandanın heyətində Kallum Robinson dubl edib, Çiedozie Oqbene isə fərqlənib.

Bu qələbədən sonra xallarını 5-ə çatdıran İrlandiya yığması 4-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 1 xalla qrupda sonuncudur.

***

20:48


Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən oyunun ilk hissəsindən sonra hesab 2-0 qonaqların xeyrinədir.
Hər iki qolu hücumçusu Kallum Robinson meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskas idarə edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam