Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

Çantakias: -"Olimpiakos" favorit olsa da, "Neftçi"yə ciddi yanaşmalıdır"

Çantakias: Olimpiakos favorit olsa da, Neftçiyə ciddi yanaşmalıdır

"Zirə"yə keçməzdən əvvəl Bolqarıstanın "Çerno More" klubu ilə bir illik müqaviləm var idi. Mənə maraq göstərdilər, "Çerno More" ilə danışdılar və transfer gerçəkləşdi".

Yenixeber.org: Bu fikirləri "Zirə"nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias "Sport-fm.gr" saytına açıqlamasında deyib.

26 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinə keçidi ilə bağlı çox düşündüyünü bildirib: "Ölkəni yaxşı tanımırdım. Ancaq buraya gələndə yaxşı ölkə və gözəl Bakını gördüm. Azərbaycanlılar isə çox gözəl insanlardır".

Qəsəbə klubu ilə müqaviləni daha iki il uzadan oyunçu həmyerlisi Anastasios Papazoğlunun da daha əvvəl "Zirə"də oynadığını xatırladıb: "Mənə təklif gələndə onunla məsləhətləşdim. Çox xoş sözlər söylədi".

Çantakias Yunanıstanın "Olimpiakos" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə matçlarına da toxunub: "Bu komandaya qarşı dəfələrlə oynamışam. Azərbaycan Kubokunda onları mübarizədən kənarlaşdırdıq. 2020/2021 mövsümündə "Neftçi"yə cəmi bir dəfə məğlub olduq. "Olimpiakos" ehtiyatlı olmalı və rəqibin əks hücumlarına diqqət yetirməlidir. "Neftçi"də Sabiq Buqrinə xüsusi diqqət ayrılmalıdır. Sezar Meza Kolli isə olduqca təhlükəlidir. "Olimpiakos" favoritdir, amma rəqibə ciddi yanaşmalıdır".

Qeyd edək ki, Dmitrios Çantakias 2020-ci ilin sentyabrında "Zirə"yə keçib.

Xatırladaq ki, iyulun 21-də oynanılacaq "Olimpiakos" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam