Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

"Qarabağ"ın rəqibləri ardıcıl dördüncü mövsüm finala çıxır -TƏHLİL

 

"Qarabağ" komandasının avrokubokların qrup mərhələsindəki rəqibləri son 7 mövsümdən 5-də turnirlərin finallarına vəsiqə qazanıb.

Yenixeber.org: Ardıcıl 4 mövsümdür Ağdam təmsilçisi ilə eyni qrupda yer almış klublar belə bir nailiyyətə imza atırlar.

Son olaraq ölkə çempionunun Avropa Liqasının I qrupundakı rəqibi İspaniyanın "Vilyarreal" komandası finala adlayıb. Unay Emerinin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə "Arsenal"ını mübarizədən kənarlaşdırıb - 2:1; 0:0. "Qarabağ" "sarı sualtı qayıqlar"la qrupdakı ilk matçında 1:3 hesabı ilə uduzub. İspaniyadakı görüş isə Azərbaycan təmsilçisində koronavirusa kütləvi yoluxma və zədələr səbəbindən ləğv edilib və komandaya texniki məğlubiyyət verilib.

2019/2020 mövsümündə "köhlən atlar"ın Avropa Liqasının A qrupundakı rəqibi İspaniya "Sevilya"sı həlledici görüşdə iştirak hüququna yiyələnib. Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə "Mançester Yunayted"ini mübarizədən kənarlaşdırıb - 2:1. Azərbaycan çempionu qrupdakı hər iki matçda rəqibinə məğlub olmuşdu - 0:2, 0:3.

2018/2019 mövsümündə də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı finalda oynayıb. London klubu Bakı Olimpiya Stadionundakı qarşılaşmada şəhərin digər təmsilçisi "Çelsi"yə 1:4 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda rəqibinə 0:3, Londonda isə 0:1 hesabı ilə yenillmişdu.

2017/2018 mövsümündə isə "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayıb. İngiltərənin "Çelsi", İtaliyanın "Roma" və İspaniyanın "Atletiko" klubları ilə birgə mübarizə aparmış ölkə çempionu qrup mərhələsini 2 xalla sonuncu pillədə başa vurub. Bakıda "Atletiko" ilə qolsuz heç-heçə edən Ağdam təmsilçisi Madriddə 1:1-lik bərabərliyə nail olub. Bu nəticələrdən sonra İspaniya klubu mübarizəyə Avropa Liqasında davam edib və finala yüksəlib. Baş məşqçi Dieqo Simeonenin komandası finalda Fransa "Marsel"ini 3:0 hesabı ilə üstələyib.

5 il əvvəl - 2014/2015 mövsümündə də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna "Dnepr"i turnirin finalına yüksəlib. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub etmiş Ağdam komandası Bakıda eyni uğuru təkrarlaya bilməyib və meydanı məğlub tərk edib - 1:2. "Dnepr" isə finalda "Sevilya" ilə bacarmayıb - 2:3.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam