Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Çempionlar Turu: Məmmədyarov Aronyana qalib gəlir -YENİLƏNİB-2

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyunun gününün ikinci partiyası başa çatıb.

Yenixeber.org: Məlumata görə, qarşılaşma 25-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Hazırda Məmmədyarov öndədir - 1,5:0,5.

21:50

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyunun gününün ilk partiyası başa çatıb.

Məlumata görə, qarşılaşma 54-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Qara fiqurlarla oynayan azərbaycanlı qrossmeysterin hücumları qarşısında Aronyan təslim olub.

21:15

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə bu gün yekun vurulacaq.

Məlumata görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.

Bugünkü 4 qarşılaşmanın ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək. İlk oyun günündə 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.

Çempionlar Turu: "New In Chess"

Final

21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ)

İlk oyun - 3:1

3-cü yer uğrunda görüş

21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan)

İlk oyun - 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam