Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Millimizin keçmiş qapıçısı -"Sabah" klubunu məhkəməyə verdi

Millimizin keçmiş qapıçısı Sabah klubunu məhkəməyə verdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq qapıçısı Oley Karnaux "Sabah" klubundan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

Yenixeber.org: Bu barədə CAS-ın rəsmi saytı xəbər verir. Ukrayna əsilli qolkiper "Sabah"la 2019-cu ilin iyulunda 3 illik müqavilə bağlasa da, bir ildən sonra komandadan göndərilib. O, paytaxt təmsilçisinin heyətində heç vaxt meydana çıxmayıb.

"Sabah"ın mətbuat katibi Elnur Həmidov isə "Report"a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Oleq Karnaux müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı FİFA-ya müraciət etmişdi. FİFA bu məsələdə klubun mövqeyinin haqlı olması barədə qərar verdi. Futbolçu bundan sonra CAS-a müraciət etdi. Aprelin 23-də məsələ ilə bağlı məhkəmə oldu. Qərar yaxın vaxtlarda açıqlanacaq".

Qeyd edək ki, Oleq Karnaux hazırda Ukraynada "Yarud" (Mariupol) komandasının formasını geyinir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam